Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada səfərbərlik hazırlıqlarına başlanır

© Sputnik / Mikhail Voskresensky / Mediabanka keçidRusiyalı hərbi qulluqçular, arxiv şəkli
Rusiyalı hərbi qulluqçular, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Moskvanın Qərb blokuna qarşı müharibə hazırlıqlarına start verdiyi iddia olunur

BAKI, 17 okt — Sputnik. Son günlər Moskva ilə Vaşinqton arasında Suriya gərginliyi artan xətlə davam edir. Hətta iş o yerə çatıb ki, Vladimir Putin administrasiyası "Səfərbərlik haqda" qanunda ciddi dəyişiklik edərək, Vaşinqtona "hər an müharibəyə hazırıq" mesajı verib. Sputnik bu barədə Türkiyənin "Akşam" qəzetinə istindən xəbər verir.

Suriyadakı rus hərbi bazasına məxsus qırıcı təyyarə - Sputnik Azərbaycan
RUSİYA
Rusiya aviasiyasının Suriyada müddətsiz yerləşdirilməsi təsdiqləndi

İki ölkə arasında gərginliyin yüksəlməsi ilə birlikdə Rusiya aşağıdakı addımları atmağa məcbuq qalıb:

1. Polşa sərhədinə yaxın Kalininqrad şəhərinə nüvə başlıqlı "İskəndər-M" raketlərini yerləşdirib. Moskvanın bu addımı Qərb blokuna qarşı "ön müdafiə" strategiyasının ünsürü olaraq xarakterizə edilir.

2. Keçən həftə prezident Vladimir Putinin təlimatı ilə mümkün müharibə ssenarilərinə qarşı yüksək çinli diplomatlar və qohumlarına "Vətəninizə dönün" çağırışı edilib.

3. Rus televiziya kanalları, nüvə müharibəsinə qarşı xalqın təhlükəsizliyini təmin etmək üçün canlı yayımlarda "özünüzü döyüşə hazır hiss edirsinizmi? Ən yaxın sığınacağa qaçın" elanı yayımlayıb.

4. Son olaraq Moskva rəhbərliyi, bu həftə ölkə parlamenti Dumaya məktub göndərərək uzun müddətdir dəyişməz qalan "Səfərbərlik haqqında" qanuna yenidən baxılmasını təklif edib. Hökumətin təklifinin qəbul ediləcəyinə inam yüksəkdir.

ABŞ tərəfdən də "Rusiya təhdidi"nə qarşı adekvat cavab addımları hazırlanır. Vitse-prezident Co Bayden Rusiyanın kiber-hücumlarına diqqət çəkərək, bu hücumların cavabsız qalmayacağını, ən yaxın zamanda, Vladimir Putinin ABŞ-ın reaksiyasını bilavasitə hiss edəcəyini söyləyib.

Xəbər lenti
0