Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğan Putinin bu təklifini qəbul edərsə...

© AFP 2023 / ALEXANDER NEMENOVPutin və Ərdoğan
Putin və Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Türkiyəni hava hücumundan müdafiə sistemləri ilə təmin edə bilər

BAKI, 14 okt — Sputnik. "Bazar ertəsi İstanbulda görüşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin hava hücumundan müdafiə sistemini müzakirə ediblər".

Dəmir qübbə - Sputnik Azərbaycan
TƏHLİL
"Dəmir qübbə" bizi "İskəndər"dən qoruya biləcəkmi?

Sputnik milleyet-ə istinadən xəbər verir ki, Putinin mətbuat katibi Dmitri Peskov belə açıqlama verib. Onun sözlərinə görə, liderlərin görüşündə Moskvanın Ankaranı havadan müdafiə sistemi ilə təmin edə biləcəyi məsələsi müzakirə olunub.

"Türkiyə tərəfinin qəbul edəcəyi təqdirdə, Rusiya bu müdafiə sistemini onlara göndərə bilər", — Peskov bildirib.

Mətbuat katibinin sözlərinə görə, hava hücumundan müdafiə sistemi tamamilə ticari bir mövzudur və əməkdaşlığın çox həssas bir sahəsidir.

Qeyd edək ki, Türkiyə Çinin, 3,4 milyard dollar qarşılığında tenderdə qazandığı havadan müdafiə sistemi ilə bağlı razılaşmanı 2015-ci ilin noyabr ayında ləğv etmişdi. Tenderə ABŞ-ın "Patriot" sistemi, Rusiyanın "S300" və "S400" raketləri, Çinin "FD-2000" raketi və İtaliya ilə Fransanın birgə inkişaf etdirdiyi "Samp-T" sistemi qatılmışdı.

Xəbər lenti
0