08:13 18 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
RUSİYA
Qısa URL
337610

Rusiya Prezidenti Moskva ilə Dəməşq arasında razılaşmanın ratifikasiyası haqqında qanunu imzalayıb

BAKI, 14 okt — Sputnik. Prezident Vladimir Putin Rusiya Hava-Kosmik Qüvvələrinin aviasiya qruplarının Suriya ərazisində yerləşdirilməsinə dair Moskva ilə Dəməşq arasında razılaşmanın ratifikasiyası haqqında qanunu imzalayıb. Sputnik xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Federal qanun 26 avqust 2015-ci ildə Dəməşqdə Rusiya Federasiyası ilə Suriya Ərəb Respublikası arasında imzalanmış Rusiya Federasiyası Silahlı Qüvvələrinin aviasiya qruplarının Suriya Ərəb Respublikası ərazisində yerləşdirilməsinə dair razılaşmanı ratifikasiya edir", — deyə açıqlamada bildirilir.

Qeyd olunur ki, sözügedən razılaşma Rusiyanın aviasiya qruplarının Suriya ərazisində mövcudluğu şərtlərini tənzimləyir. Bununla yanaşı, qeyd olunur ki, Rusiya aviaqrupu Suriya ərazisində Suriya tərəfinin xahişi ilə yerləşdirilib. Latakiyadakı Xmeymim aerodromunun infrastrukturu və zəruri ərazisi pulsuz olaraq RF-in aviaqruplarının istifadəsinə verilib.

Qanun Dövlət Duması tərəfindən 7 oktyabr 2016-cı ildə qəbul edilib və 12 oktyabr 2016-cı ildə Federasiya Şurasında təsdiqlənib.

Əlaqədar

Putin: Suriyadakı vəziyyətə görə ABŞ məsuliyyət daşıyır
Suriya-Türkiyə sərhədi qana boyandı
Türkiyə ordusu daha 13 ay İraq və Suriyada qalacaq
Suriyada qadın və uşaqların qətliamı davam edir
Qərb koalisiyası Suriyada "bufer zona" yaradır
Koalisiya aviasiyası Suriya ordusuna zərbələr endirib
Teqlər:
Suriya, Moskva, Dəməşq, qırıcı, aviasiya, Rusiya, Vladimir Putin, prezident

Əsas mövzular