21:03 27 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
538120

Bu silah pilotsuz uçan aparatlar və yüksək dəqiqlikli silahları zərərsizləşdirə bilir

BAKI, 13 okt — Sputnik. Dünyada analoqu olmayan, yeni fiziki prinsipləri olan radioelektron silahların ilkin nümunələri Rusiyada hazırlanıb və uğurla sınaqdan keçirilib. Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, bunu yeni sistemin rəsmi təmsilçisi olan "Birləşmiş cihazqayırma korporasiyası"nın nümayəndəsi "Armxaytek-2016" silah sərgisində bildirib.

Yeni fiziki prinsipləri olan radioelektron silahın ilkin nümunələri 2016-cı ilin sentyabrında "Ordu-2016" hərbi-texniki forumun sahəsində müdafiə nazirliyinin qapalı nümayişinə təqdim edilib.

"Artıq o silahın real nümunələri hazırlanıb və onlar öz effektivliklərini sübut ediblər. Bu tamamilə yeni növ silahdır. Onun analoqu dünyanın heç bir ölkəsində yoxdur və biz bunu dünyada bəyan etməkdən qorxmuruq" — deyə nümayəndə RİA Novosti-nin müxbirinə verdiyi açıqlamada deyib.

"Birləşmiş cihazqayırma korporasiyası"nın nümayəndəsinin sözlərinə görə, yeni silahın özəlliyi ondan ibarətdir ki, o, enerjini yönəltməklə düşmənin silahını ənənəvi vurma vasitələrinin, mərmilərin köməyi olmadan neytrallaşdırır.

"O, dolayı fiziki təsir yolu ilə təyyarələrin içindəki aparatların, pilotsuz uçan aparatların, o cümlədən yüksək dəqiqlikli silahların fəaliyyətini neytrallaşdırır"- deyə nümayəndə əlavə edib.

Əlaqədar

"Cənab Bayden, Kobaniyə göndərilən silahlardan xəbərin varmı?"
"Azərbaycanın istehsal etdiyi silahlara tələbat o qədər çoxdur ki..."
"ABŞ nüvə silahlarını Türkiyədən çıxarır"
Vladimir Putin: Azərbaycan istədiyi yerdən silah ala bilər
Suriyada dəhşət baş verir: terrorçular əhaliyə qarşı kimyəvi silahdan istifadə ediblər
Teqlər:
"Armxaytek-2016", sınaq, Rusiya, sərgi, silah

Əsas mövzular