22:47 20 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
Vladimir Putin

Putin əvvəl Ermənistana, sonra Hindistana yola düşəcək

© Sputnik / Сергей Гунеев
RUSİYA
Qısa URL
20110

Rusiya lideri AES-in ikinci enerji blokunun açılışında, həmçinin üçüncü və dördüncü blokunun təməlqoyma mərasimində iştirak edəcək

BAKI, 11 okt — Sputnik. Rusiya prezidenti Vladimir Putin oktyabrın 14-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyasında iştirak etmək üçün Ermənistana gedəcək. Sputnik Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, sessiyada terrorizm əleyhinə tədbirlərə xüsusi diqqət ayrılacaq.

"Oktyabrın 14-də Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sessiyasında iştirak etmək üçün Ermənistana gedəcək. KTMT-nin məsuliyyət dairəsindəki vəziyyətin, həmçinin təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılıb. Beynəlxalq terrorçuluq əleyhinə tədbirlərə xüsusi diqqət ayrılacaq", — deyə məlumatda bildirilir.

Qeyd edək ki, sessiyada KTMT-yə sədrlik Ermənistandan Belarusa keçəcək.

15-16 oktyabr tarixlərində isə Rusiya prezidenti Vladimir Putin Hindistana səfər edəcək. Kremlin bu barədə məlumatında bildirilir ki, səfər zamanı Putin Hindistanın baş naziri Narendr Modi ilə görüşəcək.

"Putinlə Modinin görüşü zamanı ikitərəfli əməkdaşlığın, xüsusilə də ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə dair məsələlərin müzakirəsi gözlənilir. Liderlər videokonfrans formatında "Kundekul" AES-in ikinci enerji blokunun açılışında, həmçinin üçüncü və dördüncü blokunun təməlqoyma mərasimində iştirak edəcəklər", — məlumatda qeyd olunur.

Rusiya-Hindistan səfər proqramının sonunda Vladimir Putin BRİKS-in (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) VIII sammitində iştirak edəcək. Sammitin sonunda Qoa Bəyannaməsinin və fəaliyyət planının, həmçinin iqtisadi, maliyyə və humanitar əməkdaşlıq sahəsini əhatə edən digər mühüm sənədlərin qəbulu gözlənilir.

Əlaqədar

Ərdoğanla Putin arasında görüş keçirilib
Putin İstanbuldadır
İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub
Üzərində Putinin qızıl barelyefi olan iPhone 7 istehsal edilib
Putin Rusiyanın qüdrətinin səbəblərini açıqladı
Putinin Türkiyəyə gələcəyi gün dəqiqləşdi
Vladimir Putin Türkiyəyə səfərə hazırlaşır
Teqlər:
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Vladimir Putin, Hindistan, Ermənistan, Rusiya

Əsas mövzular