Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və NATO qırıcıları arasında gərginlik yaşanıb

© AP Photo / Jacques BrinonRafale qırıcı təyyarələri
Rafale qırıcı təyyarələri - Sputnik Azərbaycan
Abunə olmaq
Dörd Avropa ölkəsinin qırıcıları Rusiyanın bombardımançı təyyarələrinə müdaxilə edib

BAKI, 5 okt — Sputnik. Bu il sentyabrın 22-də, Norveçdən İspaniyanın şimalına doğru hərəkət edən Rusiyanın 2 bombardmançı təyyarəsinə, dörd Avropa ölkəsindən qalxan təyyarələr tərəfindən müdaxilə edilib. Hadisə ilə bağlı yeni məlumat açıqlanıb.

Qırıcı təyyarə - Sputnik Azərbaycan
RUSİYA
​Rus qırıcıları İŞİD-in mövqelərini bombardıman edib

Sputnik BBC-yə istinadla xəbər verir ki, Norveç, Böyük Britaniya, Fransa və İspaniya, bu ölkələrin hava sahəsinin yaxınlığından keçən iki rus bombardmançı təyyarəsinə qarşı qırıcı təyyarələr qaldırıb. Hadisə Rusiya və Qərb arasında gərginliyin artdığı bir dövrdə yaşanıb.

22 sentyabrda baş verən hadisə Fransa Müdafiə Nazirliyinin açıqlaması ilə ortaya çıxıb. Açıqlamada ilk olaraq Norveçin iki F-16 təyyarəsinin Rusiya təyyarələrinə Şotlandiyanın şimalına qədər yoldaşlıq etdiyi bildirilib.

Daha sonra Böyük Britaniyanın tədbir olaraq iki reaktiv təyyarəni havaya qaldırdığı, ancaq rus təyyarələrinə müdaxilə etmədikləri qeyd edilib. Bundan sonra İrlandiyanın qərbinə keçən Rusiya təyyarələrini cənuba doğru yönələnə kimi Fransanın "Rafale" qırıcı təyyarələri təqib edib. Son olaraq da İspaniya Bilbaonun şimalında iki F-18 reaktivi göndərərək Rus təyyarələrinin qarşısına çıxıb.

Bombardmançı təyyarələrin daha sonra eyni marşrut ilə geri döndüyü bildirilir. Geri dönüşlərində isə onlara müdaxilə edilməyib. İslandiya da iki TU-160 tipli rus bombardmançı təyyarəsinin eyni gündə sərnişin təyyarələrinə çox yaxından uçduğunu açıqlayıb.

Xəbər lenti
0