21:49 27 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Rusiya Kurili qaytarır?

RUSİYA
Qısa URL
84201

Yaponiyanın Baş naziri Kuril adaları ilə bağlı danışıqların detallarını açıqlayıb

Yaponiyanın baş naziri: “Biz sülh müqaviləsi haqda danışıqlar aparırıq, lakin Krımı müzakirə etmirik”.
BAKI, 4 okt — Sputnik. Yaponiyanın baş naziri Şinzo Abe Moskva ilə Kuril adaları ilə bağlı danışıqların detallarını açıqlayıb. Sputnik RİA Novosti-yə istinadən xəbər verir ki, Tokionun mövqeyi parlament dinləmələri zamanı müzakirə olunub.

Krımsız

Abe millət vəkillərinə bildirib ki, "şimal ərazilər"i (Cənubi Kuril adaları — red.) üzrə danışıqlar zamanı Tokio və Moskva Krım məsələsini qaldırmır: "Biz sülh müqaviləsi haqda danışıqlar aparırıq, lakin bu danışıqlarda Krımı müzakirə etmirik".

Bundan başqa, Abe Tokionun Krım üzrə mövqeyinin dəyişilməz qaldığını qeyd edib: "Yaponiya hakimiyyəti yarımadanı Ukrayna ərazisi hesab edir".

Vaşinqtonun mövqeyi nəzərə alınmadan

Abe Yaponiya və Rusiya arasındakı danışıqlarda ABŞ-ın rolu ilə maraqlanan müxalifət Demokrat Partiyasının nümayəndəsinə də cavab verib. Deputat ona xatırladıb ki, 1956-cı ildəki Sovet-Yapon bəyannaməsi də məhz Vaşinqtonun sayəsində uğursuzla nəticələnib.

"Biz Rusiya ilə danışıqların hər bir detalı üzrə ABŞ-la məsləhətləşmirik. Lakin müttəfiq kimi əsas fikirləri Amerika tərəfinə çatdırırıq", — deyə Abe bildirib.

Yaponiyanın baş naziri bildirib ki, ABŞ Rusiya prezidenti Vladimir Putinin dekabr ayına planlaşdırılmış Yaponiya səfəri haqda məlumatlandırılıb. Abenin sözlərinə görə, o, bunu şəxsən özü Barak Obama və vitse-prezident Co Baydenə deyib.

"Əgər Yaponiya yalnız ABŞ-dakı siyasi vəziyyətə uyğun olaraq danışıqlar aparsa, Rusiya tərəfində elə fikir formalaşacaq ki, Yaponiya ilə danışıqlar aparmaqdansa ABŞ-la danışıqlar aparmaq daha rahatdır", — deyə Abe əlavə edib.

Kuril adaları ilə bağlı mövqe dəyişilməzdir

Bununla yanaşı, Abe Tokionun Kuril adaları ilə bağlı mövqeyinin dəyişilməz qaldığını bildirib: Yaponiya hər dörd adaya (İturup, Kunaşir, Şikotan və Xabomai) iddialıdır.

"İndi biz Rusiya ilə münasibətlərdə 70 il hərəkətsiz olan məsələni tərpədirik və bu, heç də asan deyil. İki ölkə arasında sülh müqaviləsinin olmaması anormaldır", — deyə Baş nazir bildirib.

Bununla Abe KİV-in, Tokionun Şikotan və Xabomai adalarının verilməsi ilə qane olacağı haqda məlumatlarını təkzib edib.

Qeyd edək ki, SSRİ və Yaponiya arasında 1956-cı ildə "Birgə bəyannamə" imzalanıb. Sənədə əsasən, sülh müqaviləsindən sonra Tokio Xabomaini və Şikotanı alacaq, Kunaşır və İturup məsələsi isə müzakirə edilməyib.

Lakin Yaponiya 1855-ci ildəki ikitərəfli ticarət müqaviləsinə istinad edərək dörd adaya iddia edir. Rusiyanın mövqeyinə görə isə, İkinci Dünya Müharibəsinin nəticəsində cənub Kuril adaları Sovet İttifaqının hissəsinə çevrilib və onların üzərindəki rus suverenliyi sorğu-sual edilə bilməz.

Ekspertlərin fikrincə, məhz iki adanın statusunun ayrılması 60 ildir ki, bütün danışıq prosesi üçün çətinliklər yaradır.

Əlaqədar

Qərb Rusiyanın Cənubi Qafqazdakı roluna iddialıdır
Türklərin pasportsuz gediş-gəliş təklifi Rusiyada narahatlıq yaradıb
Rusiya ilə Türkiyə pasportsuz gediş-gəliş rejiminə keçə bilər
Nüvə yarışmasında kim daha güclüdür: ABŞ, yoxsa Rusiya?
Rusiya Suriya ilə bağlı son qərarını açıqladı
Teqlər:
Kuril adaları, Şinzo Abe, Tokio, Moskva, Yaponiya, Rusiya

Əsas mövzular

  • Əsgərlər, arxiv şəkli

    Zərurət yarandığı halda, ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlərə cəlb ediləcəklər

    343
  • Tərtər rayonunda erməni silahlı qüvvələrinin açdıqları atəş nəticəsində dağılan ev

    Ermənistan silahlı birləşmələrinin dinc Azərnaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olmuşlar

    616
  • Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb

    1484