14:11 23 Avqust 2017
Canlı yayım
Sergey Narışkin

Xarici Kəşfiyyat Xidmətinə yeni direktor təyin edildi

flikr
RUSİYA
Qısa URL
47 0 0

Vl çağırış Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin oktyabrın 5-dən etibarən quruma rəhbərlik edəcək

BAKI, 23 sen — Sputnik. Vl çağırış Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin oktyabrın 5-dən etibarən Xarici Kəşfiyyat Xidmətinə rəhbərlik edəcək. Sputnik xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin sərəncam verib.

Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları, arxiv şəkli
© Sputnik / Konstantin Chalabov

"Sergey Yevgenyeviç Narışkin Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə təyin edilir. Bu fərman 5 oktyabr 2016-cı ildə qüvvəyə minir" — deyə Kremlin mətbuat xidmətinin yaydığı fərmanın mətnində bildirilir.

Bir qədər əvvəl dövlət başçısı Narışkin və Fradkovla görüşündə qeyd edib ki, Rusiyaya qarşı təhdidlərin qarşısını almaq və terrorizmə qarşı mübarizədə tərəfdaşlarla fəal əməkdaşlıq etmək lazımdır. Putin Narışkinə səs verən seçicilərin bu təyinatı anlayışla qarşılayacaqlarına ümid etdiyini bildirib.

Narışkin Vl çağırış Dövlət Dumasına onun formalaşdığı 2011-ci ildən rəhbərlik edib. Buna qədər o, Prezident Administrasiyasına (2008-2011) rəhbərlik edib və baş nazirin müavini (2004-2008) postunu tutub.

Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətdə olan sədri Mixail Fradkovdur. Onun "Rusiya Dəmir Yolları" direktorlar şurasının rəhbəri vəzifəsinə təyin olacağı gözlənilir.

Qeyd edək ki, Sergey Narışkin sentyabrın 18-də Vll çağırış Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə "Vahid Rusiya" partiyasınını federal siyahısından deputat seçilmişdi.

Əlaqədar

Sergey Narışkin Xarici Kəşfiyyat Xidmətinin sədri olacaq
Narışkin Xirosima və Naqasaki ilə bağlı tribunal yaratmağı təklif edib
Sergey Narışkin Bakıya gəlib
Narışkin: Rusiyada növbədənkənar prezident seçkilərinə ehtiyac yoxdur
Teqlər:
Sergey Narışkin, Dövlət Duması, Xarici Kəşfiyyat Xidməti, Vladimir Putin, Rusiya

Əsas mövzular