10:17 23 İyul 2018
Canlı yayım
  • RUB0.0268
  • USD1.7000
  • EUR1.9947
Rusiya prezidenti Vladimir Putin
© Sputnik / Aleksey Druzhinin

Yenidən "Vahid Rusiya"

RUSİYA
Qısa URL
14 0 0

Yeddinci çağırış seçkilərində bundan əvvəlki seçkilərlə müqayisədə iki dəfə daha az qayda pozuntusu qeydə alınıb

BAKI, 19 sen — Sputnik. Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə hakim "Vahid Rusiya" Partiyası qalib gəlib. Mərkəzi Seçki Komissiyası bülletenlərin 80%-nin hesablanmasını başa çatdırıb. Nəticələrə əsasən, "Vahid Rusiya" 54,28%, Kommunist Partiyası 13,61%, Liberal-Demokrat Partiyası 13,37%, "Ədalətli Rusiya" Partiyası isə 6,17% səs toplayıb. Digər 10 siyasi partiya nə Dövlət Dumasına keçməyə lazım olan 5%-lik minimum həddi, nə də ki dövlət maliyyələşməsi üçün tələb olunan 3%-lik həddi keçə bilib.

Beləliklə, "Vahid Rusiya" 225 birmandatlı dairələrdən 203-də liderliyi qoruyub saxlayır. "Ədalətli Rusiya" və Kommunist Partiyası — yeddi, Liberal-Demokrat Partiyası — beş, "Vətən" və "Vətəndaş platforması" partiyaları isə hərəsi bir dairədə liderdir. Bundan başqa, bir dairədə müstəqil namizəd öndədir. Seçki fəallığı 47,92% təşkil edib.

İnamlı qələbə

Bülletenlərin 80%-nin hesablanması onu deməyə əsas verir ki, "Vahid Rusiya"lılar yeddinci çağırış Dövlət Dumasında öz əksəriyyətlərini təmin ediblər. Mandatların üçdə ikisi, yəni 300-dən artıq yer konstitusion əksəriyyətdir. Bu, partiyaya Konstitusiyanın bir neçə bəndinə dəyişiklik etməyə və prezident vetosunu aradan qaldırmağa imkan verir. Beşinci çağırış Dövlət Dumasında "Vahid Rusiya"nın 315, altıncı çağırışda isə 238 deptatı olub.

Yeni Dövlət Dumasında "Vahid Rusiya" partiyasının mütləq çoxluğa malik olacağını Rusiyanın baş naziri Dmitri Medvedyev nəticələrdən əvvəl bəyan etmişdi. "Nəticələr yaxşıdır. Bizim partiya mütləq çoxluğa malik olacaq. Çoxluğun necə olacağını isə səslərin hesablanması göstərəcək", — deyə Medvedyev bildirib.

Partiyanın inamlı qələbəsi haqda Rusiya prezidenti Vladimir Putin də danışıb. O, "Vahid Rusiya" partiyasının çox yaxşı nəticələr nümayiş etdirdiyini deyib: "Hazırda ölkədə vəziyyət çətin də olsa, insanlar "Vahid Rusiya" partiyasına səs veriblər. Onlar siyasi sistemin sabit olmasını, ölkədə, siyasi sahədə, parlamentdə vəziyyətin etibarlı olmasını istəyirlər. İnsanlar görürlər ki, "Vahid Rusiya" partiyasının nümayəndələri onlar üçün canla-başla çalışırlar".

Rusiya dövlətinin başçısı onu da vurğulayıb ki, parlamentdə təmsil olunan digər partiyalarla da "təmas nöqtələri" tapmaq, cəmiyyətin əksər hissəsini razı salacaq qərarlar qəbul etmək lazımdır.

Səs mübarizəsi

RLDP-nin lideri Vladimir Jirinpovski
© Sputnik / Yevgeny Biyatov

Səsvermə nəticələrinə görə, ikinci yeri tutacaq partiya hələ məlum deyil. Kommunist Partiyası ilə Liberal-Demokrat Partiyasının arasında səs fərqi çox azdır. "Ədalətli Rusiya" Partiyası isə sonuncu seçkilərdən sonra xeyli geriləyib. Onlar 6,17% səs toplayıblar (2011-ci ildə — 13,24% idi). Belə zəif nəticənin səbəbini isə partiya nümayəndələri zəif seçki fəallığı ilə bağlayıblar.

Bülletenlərin 80%-nin hesablanması seçici fəallığının 47,92% təşkil etdiyini göstərib. Vladimir Putinin sözlərinə görə, bu, ən böyük göstərici olmasa belə, yetərincə yüksəkdir.

Lakin bu göstərici hamını qane etməyib. Belə ki, Kommunist Partiyasının lideri bunu həyəcan siqnalı adlandırıb: "Ölkənin üçdə ikisi seçkilərə getməkdən imtina edib. Bu, çox ciddi həyəcan siqnalıdır".

Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovanın sözlərinə görə isə, seçkilər tam qanunauyğun olub: "Yeddinci çağırış seçkilərində bundan əvvəlki seçkilərlə müqayisədə iki dəfə daha az qayda pozuntusu qeydə alınıb. MSK partiyalar və KİV-lərdən dəstək alıb".

Əlaqədar

Vladimir Putin: “Vahid Rusiya” partiyası seçkilərdə qələbə qazanıb
Rusiya Dövlət Dumasına seçkilər keçirilir
Ruslar Dövlət Dumasına keçiriləcək seçkilərə Bakıda səs verə biləcəklər
Rusiya Dumasına seçkilərdə 22 partiya iştirak edəcək
Teqlər:
"Vahid Rusiya", Dmitri Medvedyev, Mərkəzi Seçki Komissiyası, Dövlət Duması, Vladimir Putin, seçki, Rusiya

Əsas mövzular