21:16 25 Fevral 2018
Canlı yayım
Пленарное заседание Госдумы РФ
© Sputnik / Владимир Федоренко

Ölkə tarixində belə seçki keçirilməyib

RUSİYA
Qısa URL
39 0 0

MSK: "Bu böyüklükdə seçki kampaniyası müasir Rusiya tarixində ilk dəfə keçiriləcək"

BAKI, 16 sen — Sputnik. Sentyabrın 18-də Rusiyanın yeddinci çağırış Dövlət Dumasına seçkilər keçiriləcək. Təşkilat və texniki məsələlər artıq həll olunub, Rusiyanın ucqar ərazilərində və ölkə xaricində yerləşən bir sıra seçki məntəqələrində erkən səsvermə keçirilir, media kampaniyası isə artıq başa çatmaq üzrədir. Lakin Ukraynada olan rusların səsvermə təhlükəsizliyi məsələsi hələ də həll olunmayıb.

Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Pamfilova RİA-novosti-yə müsahibəsində bildirib ki, MSK seçkilərin keçirilməsinə tam hazırdır: "Bütün ehtiyaclar maliyyələşdirilib, maddi-texniki və metodiki baza hazırdır, kadr məsələləri həll olunub, məntəqələrdə təhlükəsizlik isə lazımi səviyyədə olacaq".

"Biz bütün istiqamətlərdə silahlanmışıq və yalnız qaydaları pozanlar üçün təhlükəliyik. Bütün digərləri bizim müttəfiqlərimizdir. Biz ilk növbədə seçicilər, onların səsvermə hüquqlarının qorunması və namizədlərin hüquqlarının təmin edilməsi üçün çalışırıq", — deyə o bildirib.

MSK kiber-təhlükəsizlik məsələləsi üçün də narahat deyil, çünki sistem mümkün haker hücumlarından tam qorunub. Keçən həftə isə onun sonuncu yoxlaması keçirilib.

Yəqin ki, yeganə həll olunmamış məsələ Ukraynada olan rusların səsvermə təhlükəsizliyidir. Keçən həftənin sonu Kiyev Rusiya diplomatik nümayəndəliklərində səsvermənin mümkün olmadığını bildirib. MSK sədri isə bildirib ki, Kiyevin bu mövqeyi dəyişməyəcəyi halda, Ukrayna ilə sərhəddə yerləşən ölkələrdə Rusiya vətəndaşları üçün seçki məntəqələri hazırlanıb.

Cümə axşamı isə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirib ki, Moskva ATƏT-dən Ukrayna ərazisində səsvermə monitorinqinin keçirilməsi ilə bağlı təminat alıb.

Ella Pamfilovanın sözlərinə görə, seçki kampaniyasının keçirilən son mərhələlərində sui-istifadə və pozuntuların sayı əvvəlki seçkilərlə müqayisədə daha azdır: "Seçki kampaniyasının əvvəlindən MSK-ya 2.3 min müraciət daxil olub ki, onların da 1.4 mini Duma kampaniyasına aid olub. MSK-ın "qaynar xətt"inə isə 4500-dən artıq müraciət daxil olub. Şikayətlərin əksəriyyəti təşviqat məsələləri ilə bağlı olub".

20 avqustdan başlayan təşviqat prosesi 17 sentyabrda başa çatacaq. Bu zaman çərçivəsində radio və tele-debatlar gedir. Seçkilərə beş televiziya kanalında 70 saat, üç radio kanalında isə 42 saat ödənişsiz efir vaxtı ayrılıb.

225 deputat partiya siyahısı üzrə (proporsional sistemlə), 225 nəfəri isə birmandatlı dairələrdən (majoritar sistemlə) seçiləcək. MSK-nın federal siyahısında 14 partiya qeydiyyatdan keçib. Ümumiyyətlə isə 450 yerə 6.5 min namizəd qeydiyyatdan keçib.

Sentyabrın 18-nə müxtəlif səviyyələrdə olan 5.3 min seçki kampaniyası təyin olunub. Birləşdirilmiş seçkilər keçirilən bir sıra regionlarda seçicilərə doqquz büllüten veriləcək. Dövlət Duması deputatlarından başqa doqquz region başçısı və 39 subyektdə qanunvericilik iclasları deputatları seçiləcək, bundan başqa, ölkədə bələdiyyə seçkiləri keçiriləcək, 12 regionda isə 150 yerli referendum olacaq. MSK-ın hesablamalarına görə, oxşar böyüklükdə seçki kampaniyası müasir Rusiya tarixində ilk dəfə keçiriləcək.

Seçicilər Rusiyada 95 836 seçki məntəqəsində səs verəcək. Bundan başqa, 124 seçki məntəqəsi gəmidə, 371 seçki məntəqəsi isə Rusiyanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində açılıb.

Xatırladaq ki, Rusiyanın Azərbaycandakı səfirliyində də seçki məntəqəsi açılıb. Azərbaycanda yaşayan və işləyən Rusiya vətəndaşları bu məntəqədə səs verə bilərlər.

Əlaqədar

Rusiya Dumasına seçkilərdə 22 partiya iştirak edəcək
Qazaxıstanda parlament seçkiləri keçirilir
Rusiyanın siyasi elitasında ciddi kadr dəyişiklikləri
Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Teqlər:
Ella Pamfilova, səsvermə, Dövlət Duması, MSK, seçki, Rusiya, partiya

Əsas mövzular