00:01 13 May 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0681
  • RUB0.0230
RUSİYA
Qısa URL
32 0 0

Mariya Zaxarova: "Bu hərəkət Rio-2016-da iştirakdan məhrum edilmiş rusiyalı paralimpiyaçılar üçün çox vacibdir"

BAKI, 8 sen — Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rio-de-Janeyro Paralimpiya Oyunlarının açılış mərasiminə Rusiyanın bayrağını gətirən Belarus yığma komandasının üzvünü qəhrəman adlandırıb. Sputnik RİA-ya istinadən xəbər verir ki, bununla bağlı Zaxarova bu gün keçirdiyi brifinqdə danışıb.

"Rusiya paralimpiyaçılarının şərəfinə Rusiya bayrağını Rioya aparan bu insan tamamilə əsassız, alçaqcasına və qeyri-insani olaraq olimpiya oyunlarına buraxılmayan insanlarla həmrəylik nümayiş etdirib. Bu insan bizim üçün qəhrəmandır. Belaruslu dostlarımıza çox təşəkkür edirik. Belə şeylər unudulmur. Bu, əsl insani hərəkətdir", — Rusiya XİN sözçüsü qeyd edib.

Zaxarova əlavə edib ki, məhz həmin idmançı kimi insanlar siyasətin fövqündə dayanırlar: "Hansı ki, bu, Rio-2016-da iştirakdan məhrum edilmiş rusiyalı paralimpiyaçılar üçün bu gün çox vacibdir".

M. Zaxarova brifinqdə, Azərbaycan tərəfinin Rusiya paralimpiyaçılarından alınmış lisenziyalardan imtina etməsinə də münasibət bildirib: "Azərbaycanlı həmkarlarımız Rusiya paralimpiyaçılarının üzləşdiyi problemi, onlara olan münasibəti yaxşı başa düşürlər. Bu səbəbdən də, bizim paralimpiyaçıları dəstəkləyən hər kəsə, şəxsən Azərbaycandan olan həmkarlarımıza təşəkkür edirik".

Qeyd edək ki, İdman Arbitraj Məhkəməsinin çıxardığı qərara əsasən, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq digər ölkələrə paylanılması və Azərbaycana da 3 lisenziyanın təqdim edilməsi Azərbaycan tərəfindən müsbət qarşılanmayıb və lisenziyalar qəbul edilməyib. Azərbaycan tərəfi 3 lisenziyadan rəsmən imtina edib.

Əlaqədar

Paralimpiyaçılarımızın sürprizi bəlli oldu
Paralimpiya kəndində Azərbaycan bayrağı qaldırılıb
Azərbaycanın paralimpiya yığması Braziliyadadır
Olimpiyadan qazandığımızı qazandıq, bəs paralimpiya?
"Paralimpiyaçılarımız bizim uğurlarımızı təkrarlayacaqlar"
Paralimpiyaçı: Bütün qüvvəmlə qələbə üçün çalışıram
Teqlər:
Belorus, Rusiya Xarici İşlər Nazirliyi, Mariya Zaxarova, lisenziya, Azərbaycan

Əsas mövzular