04:59 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Sürücülük vəsiqəsinin verilməsində inqilabi dəyişiklik

RUSİYA
Qısa URL
781351

Əgər ərizəçi 30 saniyə vaxt ərzində maşını heç yerindən tərpədə bilməsə, ona vəsiqə verilməyəcək

Sürücülük vəsiqəsinin verilməsində inqilabi dəyişiklik
BAKI, 5 sen — Sputnik. Rusiyada sürücülük vəsiqəsi almaq üçün yeni imtahan qaydaları tətbiq olunub. Vəsiqələrin verilməsi prosesində də yeniliklər var. Rusiyanın Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyində hesab edirlər ki, dəyişikliklər sürücülər üçün daha rahat mühit yaradaraq onların bacarıqlarının qiymətləndirilməsini daha obyektiv edəcək.

Daha növbədə gözləməyə ehtiyac olmayacaq

Sputnik RİA-ya istinadən xəbər verir ki, əvvəlki imtahan qaydaları 2001-ci ildə tətbiq olunub və bu vaxtadək onlarda dəyişiklik olmayıb. Əsas yenilik vaxtla bağlıdır. Belə ki, indi imtahan götürənlər potensial sürücüləri 15 dəqiqə ərzində imtahana qəbul etməlidirlər. İmtahanın özünə bir saat vaxt ayırılır, uğurlu nəticə əldə olunanda isə, sürücülük vəsiqəsini 30 iş günü ərzində sürücüyə təhvil verirlər.

"Vaxt məhdudiyyəti haqda danışarkən biz bunu ilk növbədə yol polisi məmuruna aid edirik. Əgər o, ərizəçini 15 dəqiqədən artıq növbədə yubadarsa, buna görə müvafiq cəza ala bilər. Əgər ayrılan vaxt ərzində o, imtahanı keçirməzsə və ya vəsiqəni nəzərdə tutulan vaxtdan gec təhvil verərsə, yenə onu cəza gözləyəcək".

Bunu jurnalistlərə açıqlamasında Rusiya Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyi (DYTM) başçısının birinci müavini Vladimir Şvetsov deyib. Onun sözlərinə görə, əvvəl imtahanın hər mərhələsinə müəyyən vaxt ayırmaq planlaşdırılırdı, lakin sonra bunun effektiv olmayacağı nəticəsinə gəlinib.

"Bu səbəbdən, müfəttişlik imtahanın bütün mərhələləri üçün vahid vaxt tətbiq edib. Əgər ərizəçi 30 saniyə vaxt ərzində maşını heç yerindən də tərpədə bilməsə, demək onun imtahanı davam edib digər namizədlərin də vaxtını alması düzgün deyil", — deyə Şvetsov bildirib.

Yol polisi imtahanın ayrı-ayrı mərhələlərinin fərqli yerlərdə keçirildiyini də nəzərə alıb. Ayırılan bir saata, meydançalar arasındakı məsafəni qət edərək növbə tutmaq üçün tələb olunan vaxt da aiddir. Bununla yanaşı, Şvetsov qeyd edib ki, yeniliklər qaydaları bilən şəxslərdə çətinlik yaratmayacaq.

Korrupsiya ilə video vasitəsilə mübarizə aparılacaq

DYTM bütün ərizəçilərə öz imtahanlarını videoya çəkməyə icazə verib. Polislərin fikrincə, bu, imtahanın düzgünlüyü ilə bağlı yaranan mübahisələri həll etməyə imkan verəcək.

Yeni qaydalara əsasən, sürücülər digər güzəştlər də qazanıblar. Belə ki, suala səhv cavab verərkən onlar əlavə beş sual tələb edə bilərlər.

Bununla yanaşı, biletlər əvvəlki kimi tematik bloklara bölünüb və imtahan verən şəxslər hər blokda yalnız bir suala səhv cavab verə bilərlər.

Biletlər özləri də dəyişilib. Bu, son zamanlar yol nəqliyyat qaydalarının dəyişilməsi ilə bağlıdır.

İmtahanın avtomatlaşdırılması

Yeni qaydalara əsasən, imtahan prosesi daha avtomatlaşdırılmış olur. Əgər sürücülük məktəbinin DYTM tərəfindən təsdiq olunmuş meydançası varsa, imtahanın bir hissəsini orada qəbul edə bilərlər. Şvetsovun sözlərinə görə, bəzi kursantlar real yol şəraitində sınaqdan keçəcəklər.

"Səhvlər zamanı maşından siqnal verilir. Bu səbəbdən, imtahan götürən şəxsin maşında olması vacib deyil. Səhvlər haqda bütün məlumatlar onun kompüterinə ötürülür. Beləcə, tam avtomatlaşdırılmış imtahan alınır", — o, qeyd edib.

Yeni qaydalar avtomatik sürət qutusu olan avtomobil həvəskarlarını da sevindirib. Belə ki, bundan sonra sürücülük imtahanlarını belə avtomobillərlə vermək olar.

Müfəttişlik dəyişikliklərə hazırdır

Yol Təhlükəsizliyi Müfəttişliyində bildiriblər ki, yeni qaydaların tətbiqi ilə problemlər yaranmalı deyil: sürücülük məktəblərinin əksəriyyəti artıq lazım olan dəyişikliklər ediblər, onların qalan hissəsi də yaxın zamanda belə edəcəklər.

"Biz özümüz də ayrılan vaxt ərzində buna tam hazırlaşmışıq. Bütün əməkdaşlarımız testlərdən keçərək müəyyən imtahanlar veriblər ki, yeni qaydalarla necə fəaliyyət göstərəcəklərini bilsinlər", — deyə müfəttişliyin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, əgər bu prosesdə nəsə alınmasa, onlar əlavə dəyişiklər edəcəklər: "Heç nə əbədi deyil və dəyişiklik etməkdə qorxulu heç nə yoxdur".

Əlaqədar

Yol polisi qəzaların artma səbəblərinə aydınlıq gətirdi
2 gündə 22 mindən artıq yol hərəkəti qayda pozuntusu aşkarlanıb
Yol polisindən qorxunc açıqlama
Yol qırağında dayanan adamı vurdu, maşını ilə birlikdə çaya düşdü
Şəkidə zəncirvari yol qəzası baş verib
Yol qəzasına düşən 15 mindən çox insana təcili tibbi yardım göstərilib
Dövlət Yol Polisindən xəbərdarlıq
Teqlər:
Vladimir Şvetsov, Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyi, sürücülük vəsiqəsi, imtahan, Rusiya, polis

Əsas mövzular