04:03 25 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Rusiyanın Orta Asiya ölkələrinə viza tətbiq etməsi təklif olunur

RUSİYA
Qısa URL
4101

Sergey Mironovun belə təşəbbüslə çıxış etməsi Vladimir Jirinovskinin xoşuna gəlməyib

Rusiyanın Orta Asiya ölkələrinə viza tətbiq etməsi təklif olunur
BAKI, 1 sen — Sputnik. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasına, seçki kampaniyasının gedişində qanun pozuntuları ilə bağlı vətəndaşlardan daxil olmuş 987 şikayətdən 38-i təsdiqini tapıb. Bəlli olub ki, bu şikayətlərin böyük əksəriyyəti təşviqat kampaniyasının pozulması ilə bağlıdır. Sputnuk RİA-ya istinadən xəbər verir ki, bu barədə komissiyanın sədri Ella Pamfilova məlumat verib.
Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova
© Sputnik / Yevgeny Biyatov
Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova

"29 avqustda seçki kampaniyası başlayandan bu vaxta kimi 987 şikayət almışıq. Araşdırdıqdan sonra onların yalnız 38-i ya tam, ya da qismən öz təsdiqini tapıb ki, bu da əsasən təşviqat prosesində pozuntularla bağlıdır və ümumilikdə 4 faiz təşkil edir", — deyə Pamfilova bildirib.

Şikayətlərin böyük əksəriyyəti Moskva şəhəri, Moskva vilayəti, Krasnodar diyarı və Çelyabinski vilayətlərindən daxil olub. Pamfilovanın sözlərinə görə, bütün şikayətlər diqqətlə araşdırılıb və barələrində müvafiq ölçü götürülüb.

Artıq Rusiyanın "Birinci kanal"ında debatlar zamanı ictimai müzakirələrə yol açan müxtəlif fikirlər səslənməkdədir. "Ədalətli Rusiya" ("Справедливая Россия") partiyasının lideri Sergey Mironov bəyan edib ki, Orta Asiya ölkələrinə qarşı viza rejimi tətbiq edilməlidir.

"Biz əmink ki, Orta Asiya ölkələri ilə viza rejiminə qayıtmaq lazımdır, çünki bütün ölkə boyu xaricdən gəlib iş axtaranların nəzarətsiz axını müşahidə edilir. Ölkəyə gəliş-gediş zamanı viza tətbiq edilməli və barmaq izləri götürülməlidir", — deyə Mironov bəyan edib.

Qeyd edək ki, sözügüdən debatda Liberal Demokratlar Partiyasının lideri Vladimir Jirinovski, "Yabloko" partiyasının sədri Qriqori Yavlinski və "Rusiya patriotları" partiyasının təmsilçisi Gennadi Semiqin də iştirak edib. Müzakirə mövzusu ictimai təhlükəsizlik və terrorizmlə mübarizə üsulları olub.

Ədalətli Rusiya partiyasının lideri Sergey Mironov
© Sputnik / Ilya Pitalev
"Ədalətli Rusiya" partiyasının lideri Sergey Mironov

Orta Asiya ölkələrindən gələnlərə viza tətbiq edilməsi ideyasını Jirinovski tənqid edərək bildirib ki, terrorçuluqla mübarizə aparmaq üçün digər ölkələrlə qüvvələri birləşdirmək lazımdır. Qriqori Yavlinski də hesab edir ki, terrorizmlə mübarizə insanların hüquq və azadlıqlarının məhdudlaşdırlılması ilə nəticələnməməlidir. "Rusiya patriotları" isə hesab edirlər ki, sosial-iqtisadi sferada inkişafa nail olmaqla ictimai təhlükəsizliyi təmin etmək olar.

Qeyd edək ki, yeddinci çağırış Dövlət Dumasına seçkilər, qarışıq sistemlə sentyabrın 18-də baş tutacaq. 225 deputat partiya siyahısı üzrə (proporsional sistemlə), 225 nəfəri isə birmandatlı dairələrdən (majoritar sistemlə) seçiləcək. 20 avqustdan başlayan təşviqat prosesi 17 sentyabrda başa çatacaq. RF MSK-sının federal siyahısında 7-ci çağırış Dövlət dumasına düşmək üçün 14 partiya qeydiyyatdan keçib.

Əlaqədar

İrandan Rusiyaya sıxılmış maye qaz nəql edilib
Rusiyada bank sistemi də "hərbi rejimə" keçdi
Yerevanda ABŞ-ın sorğusu əsasında Rusiya vətəndaşı saxlanılıb
Rusiyalı alimlərdən inqilabi yenilik
Rusiya Prezidenti Türkiyəyə gedir
Rusiyanın siyasi elitasında ciddi kadr dəyişiklikləri
Teqlər:
Sergey Mironov, Vladimir Jirinovski, Ella Pamfilova, Mərkəzi Seçki Komissiyası, Dövlət Duması, Rusiya Federasiyası, seçki

Əsas mövzular