18:32 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
1036410

Rusiya torpaqları sürətlə korlanır.

BAKI, 23 avq-Sputnik. Bir qrup ekoloq Rusiyada torpaqların qlobal səviyyədə hansı sürətlə korlandığını qiymətləndirmədə yarğanlardan necə istifadə ediləcəyini müəyyənləşdirib. Onlar "Eath Sciences Review" jurnalında bu cür ölçmələrin aparılma metodikası barədə məqalə dərc ediblər.

Sputnik RİA Novosti-yə istinadla xəbər verir ki, Rusiya Elm Fondunun mətbuat xidməti tədqiqatın nəticələri haqqında qısa məlumat yayıb. Məlumatda bildirilir ki, bəşəriyyətin rifahı, Rusiyanın və ümumən dünyanın ərzaq təhlükəsizliyi üçün başlıca təhdidlərdən biri torpağın korlanması fenomenidir. Bu fenomen son onilliklərdə meşələrin qırılması, torpaqlardan düzgün istifadə edilməməsi, iqlim dəyişikliyi və ekstremal hava təzahürləri nəticəsində daha təhlükəli xarakter alır.

Keçmişdə, məsələn, Xruşşov dövründə, 1960-cı illərdə xam torpaqların mənimsənilməsi, 1930-cu illərdə ABŞ-da toz fırtınaları zamanı torpaqlardan düzgün istifadə edilməməsi və torpaqların eroziyasına dair məlumatların yoxluğu genişmiqyaslı ekoloji fəlakətlərə gətirib çıxarırdı. Bu fəlakətlərin nəticələri indiyədək aradan qaldırılmayıb.

Rusiya və xaric ölkələrin bir sıra elmi-tədqiqat institutlarının mütəxəssisləri qarşılarına belə bir məqsəd qoyub: torpaqların korlanmasının ən aşkar əlaməti olan yarğanların yaranması və böyüməsindən ümumi indikator kimi ayrı-ayrı regionlarda və bütövlükdə Rusiyada torpaqların korlanması sürətini ölçmək olarmı?

Alimlər dünyanın hər yerində təxminən min yarğanın artım tempi haqqında məlumatları toplayıb. Daha sonra onlar bu yarğanların nümunəsində müxtəlif iqlim proseslərinin və insan fəaliyyətinin Rusiyanın bir sıra regionlarında torpaqların korlanması sürətinə necə təsir etdiyini aydınlaşdırmağa cəhd göstəriblər. Məlum olub ki, Rusiyanın Avropa hissəsində ümumi istiləşmə ilin isti vaxtlarında tez-tez yağan leysanlar hesabına torpaqların yuyulması halları artır. Eyni zamanda, yazda yarğanların artım sürəti kəskin surətdə azalır. Bunun sayəsində tədqiq olunan ərazilərdə son vaxtlar torpaqlar əvvəlkindən daha asta korlanmağa başlayıb. Alimlər vurğulayırlar ki, hadisələrin bu cür inkişafı iqlim amilləri ilə bağlıdır.

Tədqiqat nəticəsində əldə edilən məlumatlar artıq Udmurtiya, Tatarıstan, Voronej, Saratov və Orenburq və Stavropol regionlarında torpaqların vəziyyəti üzrə monitorinq şəbəkəsinin yaradılmasında istifadə olunur.

Əlaqədar

Torpaq sürüşməsi 30 evi torpaq altına gömdü
Qvatemalada torpaq sürüşməsində ölənlərin sayı 149 nəfərə çatıb
Fransalı senatorlar: Əvvəl torpaq, sonra insan haqları
Teqlər:
erroziya, ABŞ, Rusiya Elm Fondu, Xruşşov, Rusiya

Əsas mövzular