Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva ilə Tehran arasında mühüm anlaşma

© AP Photo / Juan Carlos HernandezQırıcı təyyarələr
Qırıcı təyyarələr - Sputnik Azərbaycan
Abunə olmaq
İranın Həmədan hərbi hava bazası rus bombardımançı təyyarələrinin ixtiyarına verilib. Artıq rus qırıcıları Suriyadakı müxalifləri daha yaxın məsafədən bombardıman edəcək.

BAKI, 16 avq — Sputnik. Rusiya Suriyadakı müxalifləri vurmaq üçün ilk dəfə İranın Həmədan hava bazasında strateji bombardman təyyarələri yerləşdirib. Sputnik "Doğan" xəbər agentliyinə istinadla xəbər verir ki, bu günə qədər rus qırıcıları Suriyadakı müxalif qüvvələri vurmaq üçün Modzok hava bazasından istifadə edirdi. 

Moskva ilə Tehran arasında imzalanan razılaşmaya əsasən, bundan sonra həmin bombardımançı təyyarələrin İranın Həmədan hava bazasında yerləşdirilməsinə başlanıb. Bununla rus təyyarələrinin Suriyadakı uçuş müddəti təxminən 60 faiz azaldılacaq. Bu da Kreml üçün həm qənaət deməkdir, həm həm də hava hücumlarının operativliyini artıracaq.

Qırıcı təyyarə - Sputnik Azərbaycan
RUSİYA
​Rus qırıcıları İŞİD-in mövqelərini bombardıman edib

İndiyədək Modzokdan havalanan Tu-22M3 tipli strateji bombardman təyyarələri, Palmiradakı hədəfləri vurmaq üçün 2150 kilometr qət etdikləri halda, Həmədandan qalxan təyyarələr yalnız 900 kilometr məsafə uçacaq.

İrandakı hərbi bazadan havaya qalxan Rusiyanın Tu-22M3 və Su-34 bombardmançı təyyarələri bu gün Suriyada terrorçuların mövqelərinə aviazərbələr endirib. RİA Novosti-nin verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Həmədandakı aerodromdan havaya qalxan təyyarələr Hələb, İdlib, Deyr-əz-Zor vilayətlərində yerləşən İŞİD və "Əl-Nüsra"nın mövqelərinə zərbələr endirib. Nəticədə Rusiya aviasiyası 5 böyük silah anbarını, Serakab, Əl-Bab, Hələb, Deyr-əz-Zor yaşayış məntəqələrində yerləşən təlim düşərgələrini darmadağın edib. Həmçinin Cafra və Deyr-əz-Zor şəhərləri yaxınlığında terrorçuların 3 idarəetmə məntəqəsi məhv edilib. Aviazərbələr endirildikdən sonra təyyarələr İrandakı bazaya qayıdıb.

Xəbər lenti
0