Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: Azərbaycanla Ermənistan qalib və məğlub olmadan problemi həll edəcəklər

© Sputnik / Алексей Дружинин / Mediabanka keçidПрезидент РФ В. Путин встретился с президентом Армении С. Саргсяном
Президент РФ В. Путин встретился с президентом Армении С. Саргсяном - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya prezidenti: "Rusiya və digər Minsk qrupu ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində zamin qismində çıxış edə bilər."

BAKI, 10 avq-Sputnik. "Rusiya rəsmi Bakı ilə İrəvan arasında gərginliyin aradan qaldırılmasında maraqlıdır".
Sputnik-in məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin ermənistanlı həmkarı Serj Sarkisiyanla görüşünün yekununda deyib.

O bildirib ki, Rusiya nəticənin əldə olunmasına yönəlik fəaliyyətini davam etdirəcək: "Qarabağ düyünün açılmasına həm ATƏT-in Minsk qrupu çərçivəsində, həm də İrəvan və Bakı ilə birbaşa təmaslarla hər cür yardım etməyə davam edəcəyik. Ümid edirik ki, Azərbaycanla Ermənistan qalib və məğlub olmadan kompromisli həllə nail ola biləcəklər".

Putin əlavə edib ki, Rusiya və bəzi digər Minsk qrupu ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində zamin qismində çıxış edə bilər.

Xəbər lenti
0