Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Tarixi görüşdə liderlər önəmli açıqlamalar verdi

© REUTERS / Sergei KarpukhinВстреча президентов Турции и России Реджепа Тайипа Эрдогана и Владимира Путина. Москва, 9 августа 2016 года
Встреча президентов Турции и России Реджепа Тайипа Эрдогана и Владимира Путина. Москва, 9 августа 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Putin: Mən türk həmkarıma dövlət çevrilişinə cəhdlə əlaqədar yaranmış daxili siyasi böhranın aradan qaldırılması üçün dəstəyimi verdim.

BAKI, 9 avq — Sputnik. "Dövlət çevrilişinə cəhd edilən zaman Ərdoğana ilk zəng edənlərdən biri mən idim". Bunu Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Sankt-Peterburqdakı görüşündə deyib.

"Seçilmiş qanuni hökumətə dəstək göstərmək üçün cənab Ərdoğana ilk zəng edən dünya liderlərindən biri mən idim. Mən türk həmkarıma dövlət çevrilişinə cəhdlə əlaqədar yaranmış daxili siyasi böhranın aradan qaldırılması üçün dəstəyimi verdim" — deyə Vladimir Putin Konstantin sarayında R.T.Ərdoğanla görüşündə vurğulayıb.

Rusiya prezidenti daha sonra deyib: "Ölkənizdə çox çətin daxili siyasi vəziyyətə baxmayaraq, sizin bu səfəriniz hamımızın dialoqun bərpasına başlamaqda maraqlı olduğumuzu, Türkiyə və Rusiya xalqlarının maraqları naminə əlaqələrin bərpasını istədiyimizi göstərir".

Öz növbəsində Türkiyə prezidenti Ərdoğan "Rusiya və Türkiyənin əməkdaşlığı regiondakı bir çox problemin həllinə öz töhfəsini verəcək" deyib.

Ərdoğan iyulun 15-də ölkəsində baş verən dövlət çevirilişi cəhdindən sonra Rusiya prezidentinin telefon zənginə şad olduğunu vurğulayıb.

Xəbər lenti
0