22:24 15 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
Паралимпиада - 2012. Легкая атлетика

Rusiya yığması Paralimpiada-2016-da iştirak etməyəcək

© Sputnik / Илья Питалев
RUSİYA
Qısa URL
114801

Rusiya yığması tam heyətdə Paralimpiada-2016-dan uzaqlaşdırılıb.

BAKI, 7 avq-Sputnik. Rusiya yığması tam heyətdə Paralimpiada-2016-da iştirakı dayandırıb.

Bu barədə Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) sədri Filip Kreyven məlumat verib.

O bildirib ki, onda Soçidə keçirilən Paralimpiada vaxtı dopinq testləri üçün götürülən nümunələrin dəyişdirilməsi barədə sübutlar var.

Onun sözlərinə görə, 7 Rusiya idmançısından götürülmüş 21 nümunə yenidən yoxlanılıb.

Riçard Makleranın başçılığı ilə Dünya Antidopinq Agentliyinin (WADA)müstəqil komissiyası tərəfindən aparılmış araşdırmalar əsasında yeni hesabat hazırlanıb.

Kreyven bildirib ki, laboratoriyanın nəticələrinə görə, "19 nümunə düzgün müayinə edilib. Yerdə qalan 18 nümunənin olduğu şüşələrin qapaqlarında cızıqlar tapılıb. Bu isə onu sübut edir ki, onları açıblar və yenidən istifadə ediblər."

Bir müddət əvvəl Britaniyanın Guardian qəzeti bir mənbəyə istinadla yazmışdı ki, IPC Riçard Makleranın hesabatını əsas götürərək Rusiyanın Paralimpiadada iştirakını tamamilə dayandırmaq barədə qərar qəbul edib.

Əlaqədar

Milli Olimpiya Komitəsinin vitse-prezidentindən idmançılara dopinq xəbərdarlığı
Azərbaycanla Dünya Ağır Atletika Federasiyası arasında dopinq qalmaqalı davam edir
"Dopinq ittihamı siyasi təzyiq vasitəsidir"
Azərbaycanlı idmançılar növbəti dəfə dopinq qalmaqalı ilə üzləşiblər
Teqlər:
WADA, Dünya Antidopinq Agentliyi, Rusiya, Paralimpiada-2016, Riçard Makleran, IPC, Filip Kreyven, Beynəlxalq Paralimpiya Komitəsi, Beynəlxalq Paralimpiya Komitəsinin (IPC) sədri Filip Kreyven

Əsas mövzular