11:00 20 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
vertolyot

Rusiyada vertolyot qəzaya uğrayıb, iki nəfər ölüb

© РИА Новости.
RUSİYA
Qısa URL
162201

Vertolyotun düşdüyü yerdə yanğın baş verib.

BAKI, 7 avq-Sputnik. Rusiyanın Krasnodar vilayətinin Beloreçensk rayonunda Mi-2 vertolyotu qəzaya uğrayıb. Qəza nəticəsində iki nəfər həlak olub.
Sputnik-in məlumatına görə, hadisə Rusiya vaxtı ilə saat 15:15-də Beloreçensk rayonunun Şkolnoye kəndi üzərində baş verib.

Həlak olanlardan biri pilotdur. İkinci şəxsin isə ekipaj üzvü, yoxsa sərnişin olması araşdırılır.

İlkin məlumatlara görə, Mi-2 kənd təsərrüfatına aid fəaliyyətlə məşğul olurmuş.

Vertolyotun düşdüyü yerdə yanğın baş verib.

Hazırda Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerində işləyirlər. Hadisənin səbəbləri araşdırılır.

Əlaqədar

Rusiyadakı vertolyot qəzasının görüntüləri
Rusiyada hərbi vertolyot qəzaya uğrayıb
Teqlər:
Krasnodar, Şkolnoye, Fövqəladə Hallar Nazirliyi, vertolyot, Rusiya

Əsas mövzular