10:03 17 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
Rəcəp Tayyip Ərdoğan və Vladimir Putin. Arxiv şəkli

"Ərdoğan və Putin Qarabağla bağlı eyni cümləni işlədəcəklər"

© AFP 2019 / IVAN SEKRETAREV
RUSİYA
Qısa URL
52420

Çevriliş cəhdindən bir həftə öncə prezident Vladimir Putinin öz müşaviri Aleksandr Duqini Ankaraya göndərməsi niyə gizli saxlanıb?

BAKI, 5 avq — Sputnik. Son bir ay ərzində dünya və regionun diqqəti Putin və Ərdoğanın Moskvadakı görüşünə çevirib. Öncə Ərdoğanın vurulan pilota görə Rusiyadan üzr istəməsi, Türkiyədə çevrilişə cəhd edilməsi və bu cəhdin uğursuz olması beynəlxalq siyasətdə ciddi dəyişikliklər olacağının siqnallarını verməkdədir. Çünki baş tutmayan çevriliş sonrası, rəsmi Ankara bu işin arxasında Fətullah Gülənin durduğunu iddia edərək əslində Amerikaya işarə edir və qəti mövqeyini açıq şəkildə bildirir. Necə ki, iki gün öncə prezident Rəcəb Tayyib Ərdoğan İtaliyanın RAİ telekanalına müsahibəsində eynilə bu cümlələri işlədib:

"Fətullah Gülən bir vasitədir. Bu çevrilişi şəxsən idarə edib həyata keçirmək üçün o şəxsdə yetərli ağıl yoxdur. Bu işin arxasında başqa bir ağıl var (red: ABŞ-a işarə edir). Yəqin ki, nə demək istədiyimi anladınız".

Bəli, bu açıqlama bir daha göstərir ki, yaxın gələcəkdə Türkiyə-ABŞ əlaqələrində ciddi problemlər yaşanacaq. Bu da istər-istəməz Qərb qarşısında təklənən rəsmi Ankaranın üzünü şərqə — Rusiya, Çin və İrana yönəltməsinə səbəb olacaq.

Rusiya prezidenti Vladimir Putin Kremldə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı qarşılayarkən. Arxiv şəkli
© AFP 2019 / POOL / IVAN SEKRETAREV
Həm Avropanın, həm də Birləşmiş Ştatların Ərdoğana qarşı ittifaq qurması, bu dəfə Şərq blokunu hərəkətə keçirib. Bəlkə də, bu blok üçün misli görülməmiş tarixi bir fürsət yaranıb desək yanılmarıq. Belə ki, həm Rusiya, həm Çin həm də İran Ərdoğanlı Türkiyəni öz tərəflərinə çəkə bilmək üçün bir-birinin ardınca bəyanatlar səsləndirməkdədir. Moskva, Pekin və Tehran israrla bu çevriliş cəhdinin arxasında Vaşinqtonun dayandığını, türk xalqının kimin dost kimin düşmən olduğunu bilməsinin vacibliyini vurğulayır. 

Ötən gün Çinin xarici işlər nazirinin birinci müavini Zhang Ming xalqın seçdiyi lideri dəstəkləmək üçün ən qısa zamanda Türkiyəyə gələcəyini ifadə edib. Baxmayaraq ki, Ankara bu addımı Qərb liderlərindən gözləyirdi. Əslində Ankara öz gözləntisində haqılıdır, çünki demokratiya və insan haqlarından dəm vuran həmişə Qərb dövlətləri olub. Amma nədənsə, Amerika və Avropa demokratik seçki yolu ilə iqtidara gələn hökuməti dəstələmək yerinə, Ərdoğanı oyun qurmaqda təqsirləndirir. 241 insanın həlak olmasına, Atatürkün qurduğu Türkiyə Böyük Millət Məclisinin bombalanmasına rəğmən, Qərb inadla anti-Ərdoğan mövqeyindən əl çəkmir.

Rusiya rəhbərliyi də eynilə Çin kimi, Türkiyədəki çevriliş cəhdində Ağ Evi günahlandırır. Bu ölkənin xarici işlər nazirinin spikeri Mariya Zaxarova mətbuata müsahibəsində çevrilişi NATO və Amerikanın təşkil etdiyini bildirib.

Ən diqqət çəkən məlumat isə bir neçə gün əvvəl Rusiya mətbuatında yayımlanıb. Məşhur jurnalist Qorazd Velkovski çevriliş cəhdindən bir həftə öncə prezident Vladimir Putinin öz müşaviri Aleksandr Duqini Ankaraya gizli şəkildə göndərdiyini yazıb. Onun sözlərinə görə, bu səfər tam məxfi saxlanılıb. "Nə Ərdoğanın nə də Putinin adamlarının bu səfərdən xəbəri olmayıb", deyə Q.Velikovski yazıb. Məşhur rusiyalı jurnalist prezident Putinin bu adamı Türkiyəyə göndəməkdə məqsədi Ərdoğana çevriliş olacağını xəbər verməsi olub. Həm də bu işin arxasında Ağ evin olduğu Ərdoğana şəxsən çatdırılıb.

Maraqlısı odur ki, 15 iyul uğursuz çevriliş cəhdindən cəmi bir gün sonra Ərdoğanın ən yaxın adamı, Anakara şəhərinin meri Melih Gökçek özəl telekalana müsahibəsində Aleksandr Duqin-lə görüşdüyünü və Duqinin ona ciddi məlumatlar çatdırdığını etiraf edib. Melih Gökçek detallara girmək istəməsə də açıq şəkildə bildirib ki, ölkəsindəki çevrilişi Amerika təşkil edib. Əlbəttə M.Gökçeyi belə rahat danışmağa cürətləndirən Aleksandr Duqinin məlumatları ola bilərdi. A.Duqinə isə bu informasiyanı Rusiya kəşfiyyatı vasitəsilə prezident Putinin verdiyi danılmazdır.

Mövzunu Sputnik üçün şərh edən Türkiyəli politoloq Ömər Dinçər, dünya siyasətinin çox ciddi dəyişmə astanasında olduğunu, ən mərkəzdə isə ölkəsinin dayandığını söyləyib:

"Bizim ölkənin yerləşdiyi yer elə bil bölgədir ki, dünyanın gələcək taleyi məhz buradan həll olunur. Dinlərin, sivilizasiyaların, qitələrin, hətta materiklərin qovuşduğu yerdir Türkiyə. 1952-ci ildə NATO-ya üzv olmağımıza baxmayaraq, şərqlə, İslam coğrafiyası ilə əlaqələrimizı heç zaman kəsmədik. Əksinə NATO-da olmağımıza baxmayaraq, şərqlə daha çox əlaqələr qurduq, qurmağa çalışdıq. Bir çox rəhbərimiz şərqə meyilləndiyinə görə asıldı, öldürüldü."

Dinçərə görə, Ərdoğana qarşı hazırlanan sonuncu çevriliş cəhdi də bu xronologiyanın davamı idi: "Amma ilahi təqdirlə bu baş tutmadı. Çünki xalq ya olum ya ölüm anlayışı ilə küçələrə axışdı. Biz türklər qarşısında şərt qoyurdu Qərb. Nə idi bu şərtlər? Bizə deyirdilər, Rusiya ilə düşmən ol, İranla, Çinlə düşmən ol. Müsəlman dünyasından uzaq dur. Amma onların istəyinə yox deyən bir Ərdoğan var. Bu adamı məhz buna görə sevmirlər. Məhz Ərdoğan liderliyindəki Türkiyə, ən çətin günlərdə Rusiyanın yanında durdu. Qərbin sanksiyalarına qoşulmayacağını bildirdi. Bütün bu hallar Amerika və Avropanı Ərdoğana qarşı çevrilişə sürüklədi. Amma baş tutmadı. Baş tutmadığı kimi də Türkiyənin üzünü özünə, Şərqə çevirdi. Düşünürəm ki, ən yaxın gələcəkdə dünya siyasətində ciddi dəyişiklər olacaq".

Bütün bu olanlar bir daha gözləri Ərdoğan-Putin görüşünə yönəldib. Tarixi görüş 9 avqustda Sankt-Peterburq şəhərində keçiriləcək. Kremlin spikeri Dmitri Peskov görüşdə hansı məsələlərin müzakirə ediləcəyini açıqlayıb.

Sputnik xəbər verir ki, Peskov görüş zamanı münasibətlərin bərpası istiqamətində ciddi müzakirələrin aparılacağını deyib. O, bildirib ki, bundan başqa, iqtisadi məsələlər də diqqət mərkəzində olacaq.

Peskovun sözlərinə görə, görüş zamanı liderlər həm də Suriya daxil olmaqla bölgədəki problemlərlə bağlı fikir mübadiləsi aparacaqlar.

Əlbəttə, regional problemlər müstəvisində Qarabağla bağlı danışıqların gündəmə gəlməməsi qeyri-mümkündür. Bunu Türkiyədəki diplomatik mənbə də təsdiq edib. Belə ki, adının açıqlanmasını istəməyən həmin şəxs Sputnik-in əməkdaşına bildirib ki, prezidentlərin görüşündə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi də müzakirə ediləcək.
Qarabağla bağlı danışıqlar nəticə verər mi? Ərdoğan-Putin görüşündə hansı yol izləniləcək?

Bu barədə politoloq İlqar Vəlizadə Sputnik-in suallarını cavablandırıb. Onun sözlərinə görə, liderlər arasın görüşdə Qarabağ problemi müzakirə ediləcək, ancaq bu əsas prioritet olmayacaq:

"Vladimir Putinlə Ərdoğan arasındakı görüşün əsas mövzusu korlanmış münasibətlərin bərpası ilə bağlıdır. Onlar çalışacaqlar ki, iki ölkə arasındakı problemlər tezliklə aradan qalxsın. İlk növbədə vurulmuş təyyarə ilə bağlı açıq qalan məsələlər bağlanmağa çalışılacaq, daha sonra ölkələrin gördüyü zərərlər və digər mövzular müzakirə ediləcək. Digər mövzular arasında Suriyadakı hadisələr, o cümlədən də Qarabağ böhranı olacaq. Hər iki dövlət çalışacaq ki, yeni problemlər yaranmaması üçün vahid mövqe sərgiləsinlər. Bura Qarabağ danışıqlarında status-kvonun saxlanmasının təhükəli olduğu barədə bəyanatlar daxil ola bilər və s. Həm Ərdoğan həm də Putin məsələnin sülh yolu ilə həllinin vacibliyini dilə gətirə bilərlər".

Əlaqədar

Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə görüşmək üçün Rusiyaya gedir
Ərdoğan avqustun 9-da Sankt-Peterburqa gedəcək
"Dağlıq Qarabağ münaqişəsini Putinlə Ərdoğan həll edəcək"
Putinlə Ərdoğan arasında telefon danışığı baş tutdu
Teqlər:
Zhang Ming, Ömər Dinçər, Rəcəb Tayyip Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Rusiya, Türkiyə, ABŞ

Əsas mövzular