16:05 24 Fevral 2018
Canlı yayım
Vladimir Putin və Həsən Ruhani. 9 iyul 2015-ci il

İran və Rusiya hərbi-texniki əməkdaşlıq barədə danışıq aparacaq

© Foto: Photohost-agency
RUSİYA
Qısa URL
28210

İran Rusiyanın müasir silahları ilə maraqlanır.

BAKI, 4 avq-Sputnik. Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani arasında Bakıda keçiriləcək görüşdə hərbi-texniki əməkdaşlıq məsələsinin müzakirəsi nəzərdə tutulur.

Sputnik-in məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov diplomatik mənbələrin verdiyi bu xəbəri təsdiq edib.

Peskov bildirib ki, iki ölkə liderinin görüş planına hərbi-texniki əməkdaşlığın müzakirəsi də daxildir.

Putinin Bakı səfəri zamanı Rusiya nümayəndə heyətinin tərkibində baş nazirin birinci müavini, Federasiyanın hərbi sənaye kompleksinə cavabdeh şəxsi Dmitri Roqozin də olacaq.

Kremlin mətbuat xidməti Putinin Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşündə iştirak etmək üçün avqustun 8-də Bakıya səfər edəcəyini bildirib.
Vladimir Putin, İlham Əliyev və Həsən Ruhaninin beynəlxalq və regional siyasətin aktual məsələləri, xüsusilə də, energetika və nəqliyyat sahəsində əməli əməkdaşlığın qurulması perspektivlərini müzakirə edəcəkləri gözlənilir.

Bildirilir ki, İran yeni Rusiya silahlarına maraq göstərir. Görüşdə birgə hərbi təlimlərin keçirilməsinin də müzakirə predmeti olacağı qeyd olunur.

Qeyd edək ki, İran rəsmiləri son günlər mütəmadi olaraq Birləşmiş Ştatları nüvə anlaşmasının şərtlərini yerinə yetirməməkdə günahlandırırlar. Politoloqlar İran-ABŞ anlaşmasının çox da uzun sürməyəcəyi qənaətindədirlər. İranın Rusiya ilə əlaqələrin genişləndirilməsinə cəhd etməsinə də məhz bu kontekstdən yanaşılır.

Əlaqədar

Rusiya və İran prezidentləri avqustda Bakıya gələcəklər
Azərbaycan, Rusiya və İran arasında üçtərəfli sənəd imzalanıb
İran-Ermənistan anlaşması Azərbaycanı hansı addımlara vadar edir?
Rusiya-İran ittifaqına qarşı Türkiyə-İsrail həmrəyliyi
"Azərbaycan-Rusiya-İran alyansı bölgəyə fayda verə bilər"
Teqlər:
Rusiya Baş nazirinin birinci müavini Dmitri Roqozin, Dmitri Peskov, Vladimir Putin, İran, Həsən Ruhani, Rusiya, Azərbaycan

Əsas mövzular