Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin Antalyaya gələcək?

© REUTERS / Grigory DukorVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Dmitri Peskov: "Rusiya Prezidentinin avqust ayı qrafiki demək olar, hazırdır. Qrafikdə Türkiyəyə səfər nəzərdə tutulmayıb"

BAKI, 29 iyul — Sputnik. Rusiya prezidenti Vladimir Putinin avqust ayı üçün nəzərədə tutulan qrafikində Türkiyəyə səfər yer almadığından, o, futbol üzrə Türkiyə və Rusiya milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununda iştirak etməyəcək. Sputnik Ria-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Cənab Putinin avqust ayı qrafiki demək olar, hazırdır. Qrafikdə belə səfər nəzərdə tutulmayıb. Ona görə də bunun baş verəcəyini düşünmürəm. Amma digər tərəfdən, heç nəyi istisna etmək olmaz", — deyə D.Peskov əlavə edib.

Xatırladaq ki, futbol üzrə Rusiya və Türkiyə milli komandaları avqustun 31-də Antalya şəhərində yoldaşlıq oyunu keçirəcək.

Xəbər lenti
0