04:03 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9570
Maksim Şevçenko

"Rusiya-Türkiyə ittifaqı qurulmalıdır"

© Sputnik / Aleksandr Shalgin
RUSİYA
Qısa URL
8910

Maksim Şevçenko: "Türk xalqı qəhrəmanlıq etməsəydi, Ərdoğan öldürüləcək və çevriliş uğurlu olacaqdı. Qərb bloku da buna sevinəcəkdi"

BAKI, 22 iyul — Sputnik. "Türk xalqının qəhrəmanlığı sayəsində faşizmə bənzəyən çevriliş cəhdi uğursuz oldu". Bunu Sputnik-ə açıqlamasında rusiyalı məşhur jurnalist və Yaxın şərq üzrə mütəxəssis Maksim Şevçenko deyib.

Onun sözlərinə görə, keçən ilin noyabrında rus təyyarəsinin vurulması hadisəsinin arxasında da Amerikanın dəstəklədiyi Fətullah Gülən şəbəkəsi dayanır: "Bəli, bunun adı faşist xuntadır. Sözdə insan hüquqları, azadlıq və demokratiyadan bəhs edənlər uydurduqları nağılla günahsız insanların qanını tökdülər".

"Çevriliş cəhdi, Türkiyə xalqının qüruru, qəhrəmanlığı sayəsində uğursuz oldu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəfdarları, hətta Gəzi hadisələrində ona etiraz edən nümayişçilər də bu səfər küçəyə çıxdı və faşist xuntaya mane oldular. Türk xalqı özünü tankların altına atdı, amma qorxmadı", — jurnalist bildirib.

Onun fikrincə, xalq qəhrəmanlıq etməsəydi, Ərdoğan öldürüləcək və çevriliş uğurlu olacaqdı: "Qərb bloku da buna sevinəcəkdi".

M.Şevçenko iddia edir ki, keçən ilin noyabrında rus təyyarəsinin vurulması hadisəsinin arxasında da Amerikanın dəstəklədiyi Fətullah Gülən şəbəkəsi dayanır: "Su-24 tipli rus döyüş təyyarəsini də bu şəbəkəyə aid pilotların vurduğunu öyrəndik. Əlbəttə, Ərdoğan o an bunu anlaya bilməzdi. Necə anlasın ki? Hələ indi aydın olur".

"Bu pilotlar təyyarəmizi salaraq ikitərəfli əlaqələri pozdular. Məqsəd də bu idi. İndi Rus-Türk sülhü təmin edildi. Türkiyə Rusiya ilə ittifaq qurmalıdır", — o vurğulayıb.

Əlaqədar

Türkiyədəki çevriliş cəhdinin anatomiyası
​Rus qırıcıları İŞİD-in mövqelərini bombardıman edib
“Rusiyaya məxsus “Su-24” təyyarəsini vurmaq qərarını pilot özü verib”
Parlament Türkiyədə fövqəladə vəziyyətin tətbiqini nəzərdə tutan qərar qəbul edib
Türkiyənin Azərbaycanda hərbi baza yaratması mümkündürmü?
Teqlər:
Fətullah Gülən, Türk xalqı, Maksim Şevçenko, Rusiya, Rəcəb Tayyib Ərdoğan, Türkiyə

Əsas mövzular