Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Meşədə itən qızın inanılmaz macərası

© Sputnik / Aleksandr Lyskin / Mediabanka keçidPrimorsk vilayəti. Tayqa
Primorsk vilayəti. Tayqa - Sputnik Azərbaycan
Abunə olmaq
Onu bir ay sonra tapıblar. Bu müddətdə qızı aclıqdan ovçulardan qalmış yarma və makaron, həmçinin daxmanın həyətindəki su quyusu xilas edib.

BAKI, 14 iyul — Sputnik. Bir ay əvvəl Rusiyanın Çelyabinsk vilayətinin Verxneural rayonundakı meşəlikdə itən gənc qadın tapılıb. Belə ki, dostları ilə təbiətin qoynuna gedən qadın qəfildən meşədə azıb və bir ay müddətində ovçu daxmasında yaşayıb.

Manfred Frits Bayoratın mumiyaya dönmüş cəsədi - Sputnik Azərbaycan
İtkin səyyah mumiya formasında tapıldı

Sputnik-in xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin regional baş idarəsi məlumat yayıb. Baş İdarənin məlumatına görə, iyunun 15-də yerli sakinlərdən biri, 29 yaşlı qızının dostları ilə birlikdə meşəyə getdiyini və geri qayıtmadığını xəbər verib. Polis əməkdaşları, FHN, xilasedicilər və könüllülər davamlı olaraq meşədə axtarış aparıblar. Amma bu axtarışlar heç bir nəticə verməyib.

"Qız öz tanışları ilə birlikdə şəhər kənarındakı meşəyə kabab çəkmək üçün gedib. Onlar yeyib-içdikdən sonra gecəni meşədə keçiriblər. Qız səhər dostlarından onu evə çatdırmağı xahiş edib. Dostları isə bildiriblər ki, evə bir qədər gec qayıdacaqlar", — deyə məlumatda bildirilir.

Bundan sonra qız meşəni təkbaşına tərk etmək qərarına gəlib, lakin burada azıb: "Meşənin dərinliklərində o, ovçu daxması tapıb. Bir aydan sonra meşədən çıxmaq üçün növbəti dəfə cəhd edəndə, təsadüfən meşəyə giləmeyvə yığmağa gələn ailəyə məxsus "Niva" markalı maşına rast gəlib. Maşının sahibləri qıza polis idarəsinə zəng etməkdə və meşədən çıxmaqda yardım göstəriblər".

Polis əlavə edib ki, qızın sözlərinə görə, o, daim meşədən çıxmağa cəhd göstərib və həmişə də eyni yerə gəlib çıxıb. Axırda ovçu daxmasında qalmaq qərarına gəlib.

Bu müddətdə qızı aclıqdan ovçulardan qalmış yarma və makaron, həmçinin daxmanın həyətindəki su quyusu xilas edib. Daxmada yatmaq üçün yorğan da olub.

Qızı evdə valideynləri və iki yaşlı qızı qarşılayıb. Hazırda onun vəziyyəti qənaətbəxşdir.

Xəbər lenti
0