Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva metrosunda yanğın baş verib

© Sputnik / Nilufer NakkadamMoskva metropoliteninin "Tekstilşiki" stansiyasının girişindəki insan izdihamı
Moskva metropoliteninin Tekstilşiki stansiyasının girişindəki insan izdihamı - Sputnik Azərbaycan
Abunə olmaq
Sərnişinlərin mənzil başına çatması üçün pulsuz avtobuslar işə düşüb.

BAKI, 8 iyul — Sputnik. Bu gün səhər Moskva metrosunda texniki problem yaşanıb. Nəticədə qatarların "Kotelniki" stansiyasından "Kuzminki" stansiyasına hərəkəti dayandırılıb.

Sputnik İnterfax-a istinadən xəbər verir ki, hadisəyə səbəb "Vıxino" yerüstü stansiyasında baş verən yanğın olub. Təxminən 100 kvadrat metr ərazi yanıb. Xəsarət alan olmasa da, stansiyanın inzibati ofisində elektrik kabeli yanıb.

Sərnişinlərin mənzil başına çatması üçün pulsuz avtobuslar işə düşüb.

Xəbər lenti
0