Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyədən sensasiyalı Rusiya qərarı

© AFP 2023 / STRİncirlik hərbi bazası
İncirlik hərbi bazası - Sputnik Azərbaycan
Abunə olmaq
NATO aviasiyasının düşərgəsi kimi tanınan İncirlik hərbi bazası rus qırıcılarının ixtiyarına verilə bilər. Bu qərarın Ankara-Qərb münasibətlərinə zərbə vuracağı ehtimal olunur.

BAKI, 4 iyul — Sputnik. "Türkiyə İŞİD-lə mübarizədə Rusiya ilə əməkdaşlığa hazırdır. Bunun üçün rus aviasiyasının İncirlik hərbi hava bazasından istifadəsinə də icazə verilə bilər".

İncirlik hərbi bazası - Sputnik Azərbaycan
Almanlara İncirlik şoku

Sputnik "Akşam" qəzetinə istinadən xəbər verir ki, belə bəyanatla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib. "TRT Haber"ə gündəmlə bağlı açıqlamalar verən XİN rəhbəri, Türkiyə ilə Rusiya arasında "ortaq Nazirlər Kabineti" mənasını verən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması üçün, rusiyalı həmkarı Sergey Lavrovla müzakirə aparacaqlarını deyib. O, bu məqsədlə Lavrovu Antalyaya dəvət etdiyini də qeyd edib.

"İŞİD terror təşkilatına qarşı biz hər kəslə əməkdaşlıq edərik. Əvvəldən biz mübarizəmizi aparırıq və İŞİD-ə qarşı aktiv mübarizəyə qatılmaq istəyənlərə də İncirlik hərbi hava bazasını açdıq. Rusiya ilə də eyni əməkdaşlığı niyə etməyək?", — Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, bu terror təşkilatı hamının düşmənidir və bununla da mübarizə aparmaq lazımdır: "Ona görə də bu mexanizmlərin təkrar həyata keçirilməsi bölgədə hansısa mənfi hadisələrin yaşanmaması baxımından son dərəcə əhəmiyyətlidir. Bu mövzuda da Sergey Lavrovla anlaşdıq".

Məsələ ilə əlaqədar politoloq Elxan Şahinoğlu Sputnik-ə açıqlamasında deyib ki, bu, Türkiyənin Rusiya ilə münasibətlərdə növbəti böyük jestidir: "Rus təyyarəsi vurulandan sonra münasibətlər korlanmışdı və Rusiyanın Türkiyədən 3 tələbi var idi. Faktiki Ərdoğanın Putinə göndərdiyi məktubla 3 tələb yerinə yetirilmiş oldu. Üzr istənildi, təzminat məsələsi də məktubda var və hətta rus pilotu öldürən şəxsin cinayət məsələsinə cəlb olunması da var".

"Amma Rusiyanın başqa bir istəyi də var idi ki, Türkiyə İŞİD-ə qarşı mübarizəni gücləndirsin, Suriya ilə sərhədi bağlasın. Türkiyə nəinki bu addımları atmağa hazırdır, hələ üstəlik Rusiya təyyarələrinin İncirlik hərbi hava bazasından istifadəsini də mümkün sayır", — siyasi şərhçi vurğulayıb.

© Sputnik / Murad OrujovElxan Şahinoğlu, politoloq
Elxan Şahinoğlu, politoloq  - Sputnik Azərbaycan
Elxan Şahinoğlu, politoloq

Onun fikrincə, Ankaranın bu addımı Qərbdə ciddi suallar doğuracaq: "Çünki, Rusiya indiyədək İncirlik hərbi bazasından istifadə etməyib, əksinə bu bazanı özünə qarşı görüb. Amma indi belə bir imkan yaranır. Bu, Türkiyə-Qərb münasibətlərində növbəti soyuqluğa səbəb olacaq".

Bununla yanaşı, E. Şahinoğlu hesab edir ki, əsas məsələ, Türkiyənin hazırki hakimiyyətinin Qərblə münasibətlərinin onsuz da soyuq olmasındadır: "Avropa İttifaqı ilə münasibətlərdə soyuqluq güclənib. Amerika ilə münasibətlərdə suallar var ki, Amerika Suriyadakı kürdlərə dəstək verir. Rusiya buna müsbət cavab versə, Rusiya ilə Türkiyə yaxınlaşmasını daha da sürətləndirəcək".

Xəbər lenti
0