Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ "Rusiya təbliğatı"na qarşı 100 milyonluq layihəyə başlayır

© REUTERS / Carlos BarriaABŞ prezidenti Barak Obama
ABŞ prezidenti Barak Obama - Sputnik Azərbaycan
Abunə olmaq
Analitiklərə görə, hazırda Qərb ölkələri Rusiya təbliğatının qarşısında çıxılmaz vəziyyətdə qalıb: "Onlar informasiya texnologiyalarının köməyi ilə bu təbliğat materiallarının effektivliyini azalda bilmir"

ABŞ “Rusiya təbliğatı”nın qarşısını almaq üçün yüz milyonluq layihəyə başlayır
BAKI, 24 iyun — Sputnik. Amerika Birləşmiş Ştatları "Rusiya təbliğatı"na qarşı duruş gətirmək üçün Litva və Ukraynadan olan jurnalistlərə təlim keçəcək. Sputnik xəbər verir ki, bu barədə Vaşinqitonda keçirilən dinləmələrdə, bu ölkələrə təyin olunacaq səfir postuna namizədlər Yenn Holl və Mari Yovanoviç çıxış ediblər.
Ağ Saray - Sputnik Azərbaycan
RUSİYA
Türkiyə Rusiya ilə dostlaşmaq üçün "Yol xəritəsi" hazırlayıb

"Biz artıq Litvadan olan həmkarlarımızla bu barədə danışıqlar aparmışıq. Bu proqrama eyni zamanda digər rusdilli reportyorların da cəlb olunması nəzərdə tutlub", — deyə Holl bildirib.

"Litva uzun müddətdir ki, Rusiya təbliğatının təsirlərinə məruz qalır və bu proses heç vaxt dayanmır. Təbliğat maşını 2014-cü ildən sonra daha da güclənib və bunun ictimai rəydə çox dağıdıcı təsirləri özünü göstərə bilər", — deyə diplomat əlavə edib.

Öz növbəsində Yanoviç də deyib ki, proqramın əsas məqsədi ondan ibarətdir ki, konkret olaraq jurnalistlər özləri Rusiya təbliğatçılarına cavab verə bilsinlər. Dinləmələrdə iştirak edən ABŞ-ın Yunanıstana göndəriləcək Ukraynadakı hazırkı səfiri Ceferi Payettu təsdiq edib ki, Rusiya informasiyadan "özünün Ukraynaya qarşı apardığı hərbi kampaniyasının tərkib hissəsi kimi" istifadə etməkdədir.

Bundan az öncə ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland açıqlama verib ki, Birləşmiş Ştatlar "Rusiya təbliğatı ilə" mübarizə aparmaq üçün 100 milyon dollara yaxın həcmdə vəsait ayırıb. O, həmçinin Vaşinqton qarşısında məsələ qaldırıb ki, bu məqsəd üçün ayrılan vəsaiti bir az da artırmaq lazımdır.

"Hazırda Qərb ölkələri Rusiya təbliğatının qarşısında naçar vəziyyətdə qalıb. Onlar hər hansı müasir informasiya texnologiyalarının köməyi ilə bu təbliğat materiallarının effektivliyini azalda bilmir", — Nuland deyib.

Bu fikirləri isə "Atlantico" analitik saytı üçün yazdığı məqaləsində Beynəlxalq və Strateji Tədqiqatlar İnstitutunun əməkdaşı Fransua-Berner Yuiq bildirib. Onun fikrincə, son vaxtlar Rusiya jurnalistləri xarici informasiya istifadəçilərində inam qazanmaq sahəsində ciddi nailiyyətlər əldə edərək, xeyli qabağa gediblər. Amerikanın "Pew Institute" tədqiqat mərkəzi araşdırmalarında göstərir ki, avropalılar öz KİV-lərinin verdiyi məlumatlara skeptik yanaşırlar.

Bunula yanaşı, müəllif qeyd edir ki, ruslar öz təbliğatlarını yeridərkən, Amerikanın 1950-ci illərdə istifadə etdiyi "ictimai diplomatiya" metodundan yararlanır: "Amma bu köhnəlmiş ritorika forması ilə yanaşı Moskva müasir informasiya texnologiyalarını da mənimsəyərək, xüsusən sosial şəbəkələrin gücündən yararlanır".

Qeyd edək ki, Rusiyanın "ixrac etdiyi" təbliğat materiallarına cavab vermək üçün Avropa Komissiyası da mütəxəssislərdən ibarət qrup formalaşdırıb. Onu da xatırladaq ki, ABŞ-ın Respublikaçılar Partiyasından olan konqresmen Adam Kinzinger bu ilin mayında "Rusiya və Çin təbliğatı ilə mübarizə" məqsədilə Federal Agentliyin yaradılmasını nəzərdə tutan qanunvericilik təşəbbüsü ilə çıxış edib.

ABŞ prezidenti Barak Obama Vyetnamın dövlət başçısı Çıonq Tan Şanq ilə birgə mətbuat konfransı zamanı - Sputnik Azərbaycan
ABŞ bu ölkəyə silah embarqosunu qaldırdı

Təklif olunan qanun layihəsi Dövlət Departamentinin nəzdində informasiyaların təhlili və ona reaksiya verilməsi ilə məşğul olacaq departamentin yaradılmasını nəzərdə tutur. Departamentin məqsədi "rəsmi informasiya müharibəsinin" və "dezinformasiya tədbirlərinin" öyrənilməsi və həyata keçirilməsi olmalıdır.

"Belə qanunvericilik təşəbbüsünün irəli sürülməsi Amerikanın Rusiya və Çin qarşısında artan isterikasının nəticəsidir. Konqres tərəfindən belə addımın atılacağı təqdirdə Rusiya ABŞ ərazisində öz informasiya təsirlərini daha da artıra bilər".

Bu fikirləri isə Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədr müavini Leonid Kalaşnikov deyib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar çoxdan Rusiya əleyhinə informasiya müharibəsi apamaqdadır.

"Bunula yanaşı, Amerika siyasatçiləri bir qayda olaraq özlərinin və müttəfiqlərinin xeyrinə informasiya lobbiçiliyi imkanlarından da istifadə edirlər", — Kalaşnikov vurğulayıb.

Rusiyalı deputat deyir ki, hazırki situasiyada informasiya sahəsində işləmək heç vaxt ikinci dərəcəli məsələ olmamalıdır.

Xəbər lenti
0