Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya idmançıları Rodçenkovun "hesabını" ödəyirlər

© Sputnik / Anon DenisovRusiya yığmasının üzvləri Sürixdə keçirilən yüngül atletika üzrə Avropa çempionatında. 17 avqust 2014-cü il
Rusiya yığmasının üzvləri Sürixdə keçirilən yüngül atletika üzrə Avropa çempionatında. 17 avqust 2014-cü il - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın idman mütəxəssisləri hesab edirlər ki, rus atletlərə qarşı edilən haqsızlığın kökündə siyasət durur

BAKI, 24 iyun — Sputnik. Rusiyanın yüngül atletlərinin Rio-de Janeyro Olimpiadasında iştirak etməməsi azarkeşləri məyus edib. Məsələ ilə bağlı Azərbaycan Yüngül Atletika Federasiyasının vitse-prezidenti Mehdi Nağıyev Sputnik-ə açıqlamasında Rusiya yüngül atletlərin olimpiadada iştirak etməməsinin səbəblərinə toxunub.

İntiqam Zairov 2012-ci il London Olimpiadasında - Sputnik Azərbaycan
İDMAN
Dopinqdə ittiham olunan azərbaycanlı idmançı: "Son şansım idi..."

"Əslində bu haqsızlığın könündə Rusiya antidopinq komitəsinin keçmiş rəhbəri Qriqori Rodçenkov durur. İllərlə bütün dünya idmançılarına qarşı necə istəyirdisə, o cür qərarlar verərək bir çox idmançının karyerasının üzərindən qara xətt çəkib. ABŞ-a qaçan Qriqori Rodçenkovun kələkləri və hətta ona qarşı cinayət işi açılması indi hər kəsə məlum olub. Bu gün onun nəticəsidir ki, Rusiya idmançıları oyunlardan kənarlaşdırılıb", — M. Nağıyev bildirib.

Onun sözlərinə görə, dünyada bir neçə nüfuzlu anti-dopinq mərkəzi var ki, onlardan biri də Rodçenkovun rəhbərlik etdiyi laboratoriya olub: "Beynəlxalq yarışlara qatılan idmançıların qanında dopinq olub-olmamasını öyrənmək üçün, analizlər həmin laboratoriyaya da göndərilib. Və Rodçenkov öz marağına görə, bəzən yanlış rəy verib. Hazırda Rusiyada ona qarşı açılan cinayət işinin əsas ittihamlarından biri müxtəlif beynəlxalq səviyyəli yarışlarda iştirak edən idmançılardan dopinq testinin nəticələrinin üzə çıxmaması üçün pul tələb etməsidir".

Vitse-prezident Rusiyada güclü atletlərin olduğunu deyib: "Onlar nəinki olimpiadaya, başqa yarışlara da gözəllik verirlər. Əlbətdə, hər bir idmançı, xüsusən də medallara iddialı idmançı, istəyərdi ki, bu böyük yarışda iştirak etsin. Amma rus idmançılarının olimpiya oyunlarında iştirak etməməsinin olimpiadaya o qədər də təsir göstərəcəyini düşünmürəm".

İdman jurnalisti Kənan Məstəliyev isə rus atletlərin yarışdan kənarlaşdırılmasının olimpiadanın səviyyəsinə mənfi təsir göstərəcəyini düşünür. "Təəssüf edirəm ki, federasiya rəsmilərinin yarıtmaz işinə görə idmançılar əziyyət çəkirlər. Onların əməyinə, zəhmətinə, çəkdikləri əziyyətə çox heyiflər olsun", — jurnalist Sputnik-ə açıqlamasında bildirib.

Rusiyanı dünya atletikasının aparıcı qüvvələrindən biri hesab edən idman yazarının fikrincə, rusların iştirak etməməsi həm baxımlılığa, həm də nəticələrə mənfi təsir göstərəcək: "Bu haqda hər gün çıxan xəbərləri izləyirəm və hər xəbərdə də məyus oluram. Bəli, dopinq qəbulu yolverilməzdir və bunu edənlər layiqli cəzasını almalıdırlar. Ancaq cəza hamını əhatə etməlidir, tək rusları yox. Dünya atletikasını izləyənlər bilir ki, bu dopinq bəlası yalnız onların "əməli" deyil".

İdman mütəxəssisi Natiq Muxtarlı da Rusiya idmançılarının olimpiadaya buraxılmamasını mənfi hal hesab edir: "Rusiya idmançıları medallara əsas namizədlərdən hesab olunurdular və onlar istənilən yarışın favoritləri arasındadırlar. Təbii ki, bu məqam ABŞ-ın xeyrinədir. İndi Olimpiadada ABŞ idmançılarının aşkar üstünlüyü bir qədər də artacaq. Bu da yarışın nüfuzuna zərbə olacaq".

Valentin Xristov- ağırlıqqaldırma üzrə dünya çempionu - Sputnik Azərbaycan
İDMAN
Böyük qalmaqal: Olimpiadaya lisenziyalarımız ləğv olundu

Ekspert rus idmançıların iştirak etməməsinin olimpiadaya marağın azalması ilə nəticələnə biləcəyini söyləyib: "Medalların əksəriyyətini amerikalı idmançıların qazanması, rəqabətliliyin azalması Olimpiadaya marağı azalda bilər. Ancaq indiki vaxtda kimsə olimpiya oyunlarının nüfuzunu düşünmür. Təəssüf ki, idman artıq siyasiləşib. Rusiyanın sərt cəzaya məruz qalması da bu siyasi oyunun tərkib hissəsidir".

"Artıq Rusiyanı idman sahəsində də sıxışdırırlar. Hələ yaxşı ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiyanı ümumiyyətlə Olimpiadadan uzaqlaşdırmadı. Ancaq buna cəhd edilirdi. Yoxsa, olimpiya oyunlarının nüfuzu təhlükə altında olacaqdı", — N. Muxtarlı söyləyib.

Jurnalist Elşən Məmmədov Sputnik əməkdaşı ilə söhbətində həmkarları ilə eyni fikiri bölüşüb: "Rusiya yığması bütün olimpiadaların favoriti olub, daim ümumi medal sıralamasında ABŞ və Çinlə birgə ilk 3-lükdə yer alıb. Avropa Oyunlarında isə şimal qonşularımız 79 qızıl, 40 gümüş, 45 bürünc olmaqla, 164 medalla bütün qitə ölkələrini böyük fərqlə qabaqladılar. Bu nəticənin özü də Rusiyanın olimpiadada ABŞ-la Çinə ciddi rəqib olacağından xəbər verirdi".

"Atletika isə olimpiadada xüsusi çəkiyə malikdir. Rio-de Janeyro Yay Olimpiya Oyunlarında "idmanın kraliçası" adlandırılan bu növ üzrə 47 dəst medal uğrunda mübarizə gedəcək. Rusiyanı isə 80-dən artıq atlet təmsil etməli idi. London 2012-də Rusiyanın qazandığı 78 medaldan 18-i atletikanın payına düşüb", — E. Məmmədov qeyd edib.

O, bunları nəzərə alaraq, hesab edir ki, şimal qonşularımızın atletlərinin "Rio-2016"dan uzaqlaşdırılması medal sayına, digər ölkələrin ümumi sıralamada irəliləməsinə, Rusiyanın isə geriləməsinə səbəb ola bilər.

Xəbər lenti
0