Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə Rusiya ilə dostlaşmaq üçün "Yol xəritəsi" hazırlayıb

© AFP 2023 / ADEM ALTANAğ Saray
Ağ Saray - Sputnik Azərbaycan
Abunə olmaq
Ankara Moskva ilə əlaqələri bərpa etmək üçün vasitəçiyə ehtiyac olmadığını bəyan edib.

BAKI, 17 iyun-Sputnik. Türkiyə-Rusiya münasibətlərində bahar havası yaşanır və bu, gələcək münasibətlər üçün ümid verib. Ankara Rusiya ilə əlaqələri əvvəlki səviyyədə bərpa etmək üçün 9 addımdan ibarət yol xəritəsi hazırlayıb. Qarşılıqlı addımlarla yola başlamağı planlaşdıran Türkiyə vasitəçi ölkə istəmir. Beləliklə, yekun hədəf bu ilin 15 dekabrına qədər Rusiya ilə köhnə əlaqələrə geri dönməkdir.

Sputnik Türkiyənin "Akşam" qəzetinə istinadla xəbər verir ki, iki ölkə xalqları arasında münasibətləri əvvəlki səviyyəyə çəkmək üçün media və qeyri-hökumət təşkilatları ilə əlaqələr yaradılacaq. Altı aylıq müddətin ilk üç ayında Ankara Rusiyadakı bütün tədbirlərdə müvafiq nazirliklərin üst səviyyədə iştirakını təmin edəcək. Sentyabrın 1-nə qədər iqtisadi, siyasi, mədəni və ictimai sahədə ziyanın təsbiti tamamlanacaq.

Ərdoğan və Putin - Sputnik Azərbaycan
TƏHLİL
Türkiyə və Rusiya üçün son şans: başqa yol yoxdur
Əlaqələrin yenidən normallaşma prosesinə girməsi üçün Türkiyənin planlaşdırdığı addımlar belədir:

1. Avqustun 15-dək münasibətlər normallaşmalı və üst səviyyəyə qalxmalıdır;
2. Dekabradək sürəcək 6 aylıq prosesin ilk üç ayında rəsmi Ankara Rusiyada keçiriləcək bütün toplantılara uyğun nazirliklər səviyyəsində qatılacaq;
3. Sentyabrın 1-dək dəyən ziyanın miqdarı müəyyənləşməlidir;
4. İki ölkə əhalisi arasında əvvəlki münasibətlərin yaranması üçün Kütləvi İnformasiya Vasitələrinin yardımı ilə əlaqələrin qurulması prosesi həyata keçirilməlidir;
5. İctimai diplomatiyadan istifadə edilməlidir;
6. Orta Şərq (Suriya) məsələsində fəaliyyət əlaqələndirilməlidir;
7. Rusiya ilə əlaqələrin bərpası prosesində iştirak edəcək qurumların təmsilçilərindən ibarət İşçi qrup yaradılmalıdır;
8.Türkiyədəki TÜSİAD (Türk Sənayeçiləri və İş adamları Dərnəyi) kimi təşkilatlarla birlikdə əlaqələrin qurulmasına dəstək verilməlidir;
9. Vasitəçi ölkəyə ehtiyac yoxdur.

Türkiyə Rusiya ilə əlaqələrin bərpası prosesində vasitəçi ölkə istəməmək məsələsində İsraillə əlaqələrdə yaranmış durumu əsas götürüb. Çünki Ankara hesab edir ki, vasitəçi olmasaydı, Türkiyə ilə İsrail münasibətləri daha tez bərpa olunardı.

Xəbər lenti
0