01:04 26 Fevral 2018
Canlı yayım
Minsk-Bakı videokörpüsü

"Regionda Rusiyanın rolu böyükdür"

© Sputnik / Murad Orujov
RUSİYA
Qısa URL
11 0 0

Polad Bülbüloğlu: "Rusiya birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

BAKI, 10 iyun — Sputnik. "Rusiya böyük, güclü, hərbi imkanları geniş olan, regionda önəmli rol olan ölkədir. Geosiyasi, siyasi, iqtisadi, elə mədəni rolu da Rusiyanın bu regionda böyükdür".

Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Eşq və ölüm" baletinin premyerasına həsr olunmuş Minsk-Bakı videokörpüsündə deyib. Onun sözlərinə görə, Rusiya birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: "Ermənistan Rusiyanın hərbi müttəfiqidir. Təbii ki, Rusiya Ermənistanı da gözardı edə bilməz. Amma Rusiya Ermənistanı Azərbaycan ərazilərinin işğalından çəkindirməlidir. Angela Merkel də İlham Əliyevlə görüşündə bildirdi ki, bu münaqişənin açarı Rusiyanın əlindədir".

Minsk-Bakı videokörpüsü
© Sputnik / Murad Orujov

Videokörpüdə 11 iyun 2016-cı il tarixində Minskdə keçiriləcək MDB ölkələrinin humanitar mükafatı olan "Birlik ulduzları"nın təqdim ediləcəyi tamaşanın premyerasından söhbət açılıb.

Minskdəki iştirakçılar:
— "Eşq və ölüm" baletinin müəllifi, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu;
— MDB ölkələrinin "Birlik ulduzları" humanitar mükafatının laureatı, azərbaycanlı pianoçu Fərhad Bədəlbəyli.

Bakıdakı iştirakçılar:
— məşhur musiqişünas və diplomat Nigar Axundova;
— Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova;
— Azərbaycan Dövlət Musiqi Akademiyasının musiqi və incəsənət nəzəriyyəsi kafedrasının müdiri Tariyel Məmmədov.

Əlaqədar

"Minskə gəlin, bura çox gözəl şəhərdir"
"Şərq dünyasında ilk baleti Əfrasiyab Bədəlbəyli yazıb"
"İctimai rəylə manipulyasiya faciəli nəticələrə səbəb olur"
"Mədəniyyət təcrid oluna bilməz"
Teqlər:
Minsk-Bakı videokörpüsü, "Eşq və ölüm", Polad Bülbüloğlu, Rusiya

Əsas mövzular