Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya üzünü Şərqə çevirir

© AFP 2023 / Pavel Golovkin / POOL Rusiya prezidenti Vladimir Putin və Yaponiyanın baş naziri Sindzo Abe
Rusiya prezidenti Vladimir Putin və Yaponiyanın baş naziri Sindzo Abe - Sputnik Azərbaycan
Abunə olmaq
Avrasiya inteqrasiyası Rusiya və onun tərəfdaşları üçün növbəti bir neçə onilliklər ərzində əsas layihə hesab olunacaq

Rusiya üzünü Şərqə çevirir
BAKI, 3 iyun — Sputnik. "Rusiyanın Şərqə həqiqətən üz döndərməsi üçün müəyyən addımlar lazım idi. Sibir və Uzaq Şərqin inkişafı üçün ölkədə yeni daxili inzibati və tənzimləyici mühitin yaradılması Asiya-Sakit okean regionunda Rusiyanın rolunun möhkəmlənməsinə töhfə verir".
Türkiyə və israil bayraqları. Arxiv şəkli - Sputnik Azərbaycan
Rusiya-İran ittifaqına qarşı Türkiyə-İsrail həmrəyliyi

Sputnik xəbər verir ki, "Valday" klub fondunun direktoru, Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, politoloq Timofey Bordaçyov analitik məqaləsində belə yazır: "Bu, Asiya ilə iqtisadi və siyasi əlaqələrin inkişafı və ümumi inkişaf üçün yeni Avrasiya mühitinin yaradılmasıdır. Bunu Avropadan Asiyaya 180 dərəcəlik dönüş hesab etmək olmaz. Əksinə, bu, Rusiyanın praqmatik düşüncələrdən yeni imkanlar və müasir dünyanın tələblərinə cavab vermək arzusu istiqamətinə yönəlməsidir".

"Lakin Rusiyanın Şərqə üz döndərməsi həm xarici, həm daxili müxalifətlə toqquşdu. Region xaricindəki qüvvələr Asiya və Avrasiyanı döyüş arenası hesab edərək orada Rusiya ilə Çin arasında münaqişə yaratmaq istəyirlər. Onların məqsədi bundan xeyir qazanmaqdır. Moskva və Pekinin 2014-2015-ci illərdə siyasi yaxınlaşması da Qərb üçün real şok olmuşdu", — Bordaçyov yazır.

Onun fikrincə, əsas regional tərəfdaşlar olan Çin, Yaponiya və Cənubi Koreyaya qarşı Rusiyanın münasibəti qısamüddətli mənfəət meyli ilə xarakterizə olunur: "Rusiya ehtiyyat edir ki, Çin ABŞ ilə yaxınlaşa bilər. Çində isə narahatdırlar ki, Rusiya geostrateji öhdəliklərinin yükünə tab gətirməyib Qərbin nəhəng koloniyasına çevrilə bilər".

Politoloqun yazdığına görə, Avrasiya İqtisadi Birliyi ilə İpək Yolu İqtisadi kəmərinin birgə inkişafı ən perspektivli layihələrdən biri hesab olunur: "Onun nəticəsində Mərkəzi Avrasiya dünyada ən nəhəng əməkdaşlıq regionu adına iddia edə bilərdi. Lakin bu istiqamətdə bir sıra problemlər həll olunmalıdır. Rusiya, Çin, Qazaxıstan, Mərkəzi Asiyanın keçmiş sovet respublikaları, İran və Monqolustanın ümumi xarici və bəzi hallarda daxili problemləri var. Dini ekstremizmi, ətraf mühitin çirkləndirilməsini, su çatışmazlığını, narkotik alverini və regiondan kənarda olan bəzi qüvvələrin siyasətinin mənfi nəticələrini bu problemlərə aid etmək olar".

Direktor Avrasiya inteqrasiyasının Rusiya və onun tərəfdaşları üçün növbəti bir neçə onilliklər ərzində mərkəzi layihə hesab olunduğunu bildirir: "Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında 2015-ci ilin yanvarın 1-dən qüvvəyə minən saziş birgə səy üçün hüquqi-normativ bazanın əsasını qoydu. Bundan başqa, birlik ona daxil olan ölkələrə beynəlxalq mübahisələri həll etmək üçün imkanlar yaradır".

ABŞ prezidenti Barak Obama - Sputnik Azərbaycan
“Böyük Yeddiliyin” Rusiya müəmması

"Əməkdaşlığın Böyük Avrasiya qarşısında çoxsaylı imkanlar yaratdığını nəzərə alaraq 2015-ci il mayın 8-də Rusiya və Çin rəhbərləri Avrasiya İqtisadi Birliyi ilə İpək Yolu İqtisadi kəmərinin inkişaf planlarının birləşdirilməsi barədə bəyannamə imzalayıblar. Bu bəyannaməyə Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan qatıldılar", — Bordaçyov qeyd edir.

Nəhayət, o, hesab edir ki, Rusiyanın beynəlxalq əməkdaşlıq və inkişaf üçün yaxşı alətləri var: "Bu, Avrasiya inteqrasiyası, İpək Yolunun maliyyə institutları, Asiya İnfrastruktur İnvestisiya Bankı, Şanxay Əməkdaşlıq Təşkilatı, ASEAN və digərləridir. Onları bir-birilərini tamamlamaları üçün təkmilləşdirmək lazımdır. Əsas odur ki, ŞƏT-in inkişafı əməkdaşlıq, inkişaf və təhlükəsizlik üzrə Böyük Avrasiya Cəmiyyətinin formalaşmasına gətirib çıxara bilər".

Xəbər lenti
0