Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva İlham Əliyevlə Serj Sarkisyanın növbəti görüşü barədə açıqlama verdi

© Official website of President of Azerbaijan RepublicAzərbaycan və Ermənistan prezidentlərinin görüşü. Arxiv
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü. Arxiv - Sputnik Azərbaycan
Abunə olmaq
Mariya Zaxarova: İyun ayında Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili qərara alınıb.

BAKI, 2 iyun — Sputnik. Azərbaycan və Ermənistan prezidentləri iyun ayında növbəti dəfə Vyanada görüşəcəklər. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova açıqlama verib. Bu barədə Sputnik APA-ya istinadən məlumat verir.

“İyun ayında Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili qərara alınıb. Görüşün nə vaxt və harada keçirilməsi barədə konkret razılığa tərəflər özləri gəlməlidir”, – deyə Zaxarova bildirib. 

O deyib ki, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağ probleminin həlli üzrə növbəti danışıqlarının dəqiq tarixi məlum olmasa da, tarix və detallar razılaşdırıldıqdan sonra onların müvafiq bəyanat verəcəklərinə ümid edirlər. 

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri mayın 16-da Vyanada görüşüblər. O görüşdə qərara alıblar ki, iyun ayında növbəti dəfə görüşsünlər.

Xəbər lenti
0