06:55 30 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
74501

Rusiya prezidenti bayram təbrikində sınaqdan çıxmış dostluq və qardaşlığın davam etdirilməsinin irəlidə Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafına xidmət edəcəyini deyib.

BAKI, 8 may-Sputnik. Rusiya Federasiyasınını prezidenti Vladimir Putin faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyeva təbrik edib.

Sputnik-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya prezidenti Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan,Türkmənistan, Özbəkistan prezidentlərini, Ukrayna və Gürcüstan xalqlarını Qələbənin 71-ci ildönümü münasibətilə təbrik edib. 

Rusiya prezidentinin təbrik məktubunda deyilir ki, Qələbə Günü hər zaman qanlı döyüşlərdə vətəni müdafiə və dünyanı faşizmdən xilas edən xalqların qəhrəmanlığının və birliyinin simvolu olaraq qalacaq müqəddəs bayramdır.

Vladimir Putin keçmişdəki faciəvi hadisələrin təkrarlanmasının və ümumi tarixə yenidən baxılmasının yolverilməz olduğunu xüsusilə qeyd edib.

"Bizim ümumi borcumuz Böyük Vətən Müharibəsində həlak olanların parlaq xatirəsini qorumaq, hazırda yaşamaqda olan veteranlara hər cür qayğı göstərməkdir." — deyən Rusiyanın dövlət başçısı əmin olduğunu bildirib ki, artıq sınaqdan çıxmış dostluq və qardaşlığın davam etdirilməsi uğrunda birgə mübarizə irəlidə dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsinə, Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafına xidmət edəcək.

Vladimir Putin bütün müharibə veteranlarına səmimi minnətdarlığını ifadə edib.

Əlaqədar

Müharibə veteranı faşistlərin Lvov və Bresti necə bombaladıqlarını xatırlayır
Azərbaycanın İkinci dünya müharibəsində faşizm üzərində qələbədə rolu
Teqlər:
veteran, faşizm, Türkmənistan, Tacikistan, Özbəkistan, Belorusiya, Moldova, Gürcüstan, Qırğızıstan, Qazaxıstan, Ermənistan, Ukrayna, Avrasiya, Böyük Vətən Müharibəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, İlham Əliyev, Rusiya, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Vladimir Putin

Əsas mövzular