Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml Vladimir Putinlə Nursultan Nazarbayevin nədən danışdığına aydınlıq gətirdi

© Sputnik / Sergey Guneyev / Mediabanka keçidVladimir Putin və Nursultan Nazarbayevin Kremldə görüşü. Arxiv şəkli
Vladimir Putin və Nursultan Nazarbayevin Kremldə görüşü. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Putinlə Nursultan Nazarbayev telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər.

BAKI, 6 aprel-Sputnik. Rusiya və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub.

Vladimir Putinlə Nursultan Nazarbayev telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər.
Sputnik Kremlin-ə istinadla xəbər verir ki, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsi yollarının axtarılması barədə fikir mübadiləsi aparıblar. Putin Dağlıq Qarabağda vəziyyətin normallaşdırılmasına kömək məqsədi ilə Rusiya tərəfinin vasitəçilik addımları barədə qazaxıstanlı həmkarına məlumat verib.

Prezidentlər eyni zamanda ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Hər iki tərəf xüsusilə də ticarət və iqtisadi sahədə qarşılıqlı faydalı əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər. Qazaxıstanın Avrasiya İqtisadi Forumuna sədrliyi kontekstində qarşıda duran tədbirlərin, xüsusilə də Avrasiya Ali İqtisadi Şurasının iclasının qrafikinə baxılıb.

Xəbər lenti
0