Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın müdafiə naziri Zakir Həsənov və Seyran Ohanyana zəng edib

© Photo : Russian Defense MinistryМинистр обороны Сергей Шойгу. Министерство обороны Российской Федерации
Министр обороны Сергей Шойгу. Министерство обороны Российской Федерации - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın müdafiə naziri Sergey Şoyqu azərbaycanlı və ermənistanlı həmkarları ilə telefon danışıqları aparıb.

BAKI, 2 aprel-Sputnik. Rusiyanın müdafiə naziri Sergey Şoyqu azərbaycanlı və ermənistanlı həmkarlarına təcili zəng edərək Dağlıq Qarabağda baş verənləri müzakirə edib.

Sputnik-in məlumatına görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

S. Şoyqu tərəflərlə aprelin 1-dən 2-nə keçən gecə Dağlıq Qarabağdakı təmas xəttində vəziyyətin gərginləşməsini müzakirə edib.

Mətbuat xidməti sözügedən regionun daim Rusiyanın Müdafiə Nazirliyinin diqqət mərkəzində olduğunu bildirib.

"2 apreldə baş tutan telefon söhbətində Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu öz kolleqaları — Ermənistanın müdafiə naziri Seyran Ohanyan və Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovla münaqişə zonasında situasiyanın sabitləşdirilməsi üçün təcili tədbirlərin görülməsi zərurətindən danışıb" — deyə məlumatda bildirilir.

Xəbər lenti
0