Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Qarabağdakı gərginliklə bağlı digər həmsədrlərlə məsləhətləşmələrə başlayıb

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidМинистерство иностранных дел России
Министерство иностранных дел России - Sputnik Azərbaycan
Abunə olmaq
Mariya Zaxarova: "Moskva münaqişə tərəflərini təmkinli olmağa və zorakılıqdan dərhal imtina etməyə çağırır".

BAKI, 2 aprel-Sputnik. Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ATƏT-in Minsk Qrupunda təmsil olunan digər tərəfdaşları ilə məsləhətləşmələrə başlayıb.

Rusya Devlet Başkanı Vladimir Putin Federal Meclis'e hitap ediyor. - Sputnik Azərbaycan
Vladimir Putin Qarabağda atəşi dayandırmağa çağırıb
Sputnik xəbər verir ki, bu məlumatı RİA Novosti Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovaya istinadla verib. 

Zaxarova qeyd edib ki, Rusiya vəziyyəti izləyir: "Moskva münaqişə tərəflərini təmkinli olmağa və zorakılıqdan dərhal imtina etməyə çağırır".

Gələn həftə Vyanada ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun növbəti iclası olacaq. Burada münaqişə zonasında situasiyanın gərginləşməsi müzakirə ediləcək.

Xəbər lenti
0