Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın 4-cü adamı Ermənistana gedir

© flikrSergey Narışkin - Rusiya Dövlət Dumasının sədri
Sergey Narışkin - Rusiya Dövlət Dumasının sədri - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Dumasının sədri Sergey Narışkin sabah Ermənistana iki günlük işgüzar səfər edəcək. Səfər zamanı "terrorçuluğa qarşı mübarizə"yə dair məsələ müzakirə olunacaq.

BAKI, 10 mart — Sputnik. Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin sabah Ermənistana iki günlük işgüzar səfər edəcək. Sputnik Arminfo-ya istinadən xəbər verir ki, bu haqda dumanın saytında məlumat yayılıb.

Xəbərə görə, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyasının sədri olan Sergey Narışkin Yerevanda assambleyanın iclasını keçirəcək. Yığıncaqda "terrorçuluğa qarşı mübarizə"yə dair məsələ müzakirə olunacaq.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan və Rusiya daxildir.

Xəbər lenti
0