16:43 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
25702

Azərbaycan Respublikasının prezidenti martın 8-də Rusiya Federasiyasının "Qazprom" Şirkətinin direktorlar şurasının sədrini qəbul edib.

BAKI, 8 mart-Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 8-də Rusiya Federasiyasının "Qazprom" Şirkətinin direktorlar şurasının sədri Viktor Zubkovu qəbul edib.

Sputnik prezident.az- istinadla xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, münasibətlərin bundan sonra da genişlənəcəyi əminliklə qeyd edilib.

Söhbət zamanı ölkələr arasında iqtisadi, o cümlədən energetika sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Rusiya Federasiyasının müxtəlif neft-qaz şirkətləri, eləcə də "Qazprom" arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.

Görüşdə, həmçinin V. Zubkovun da iştirak edəcəyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumunun əhəmiyyətindən danışılıb, tədbirin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından önəmi qeyd olunub.

Əlaqədar

Müller: Qazprom Azərbaycana qaz ixrac etməyə hazırdır
Qazprom: “Türk axını” layihəsi üzrə saziş iyunun sonunda imzalanacaq
Teqlər:
Viktor Zubkov, Qazprom, enerji, İlham Əliyev, Rusiya, Azərbaycan

Əsas mövzular