01:38 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9649
Vladmir Putin və Rəcəb Tayyip Ərdoğan. Arxiv şəkli
© AFP 2018 / ADEM ALTAN

Yeni rus-türk gərginliyi nə vəd edir?

RUSİYA
Qısa URL
8702

Ekspert: "Rusiya Suriyada dirəndikcə, təbii ki, Rusiya-Türkiyə və Rusiya-NATO münasibətləri gərgin qalmaqda davam edəcək"

BAKI, 5 fev — Sputnik. Türkiyə və Rusiya arasında növbəti gərginlik yaranır. Belə ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkovun, Türkiyəni Suriyaya intensiv hərbi müdaxiləyə hazırlaşmaqda ittiham etməsini şərh edərkən kəskin bəyanat verib. O, Rusiya və Bəşər Əsəd rejiminin digər müttəfiqlərini Suriyada hərbi cinayətlər törətməkdə ittiham edib.

Ərəstun Oruclu, politoloq
Ərəstun Oruclu, politoloq

Fevralın 4-də Londonda keçirilən Suriya konfransında Davudoğlu bildirib ki, bu ölkədə humanitar böhranın ilk səbəbi Suriya rejimi tərəfindən törədilən hərbi cinayətlər və "İslam Dövləti" qrupudur. Onun sözlərinə görə, Əsəd rejiminə kömək edənlər də eyni cinayət işlədirlər.

"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclunun sözlərinə görə, bu gərginlik böyük müharibəyə səbəb olmayacaq. "Rusiya artıq Suriyada ən müasir hərbi aviasiya təyyarələrindən istifadə edir. Amma söhbət böyük müharibədən deyil, lokal qarşıdurmadan gedir. Çünki Rusiyanın daxilindəki vəziyyət bunu tələb edir — bu gün Putin hökümətinə xarici düşmən faktoru lazımdır. Böyük müharibənin olacağını mən düşünmürəm. Çünki Rusiyanın NATO-ya qarşı döyüşmək potensiyalı yoxdur", —deyə politoloq Sputnik-ə bildirib.

Gərginliyin Azərbaycana təsirinə gəldikdə isə, ekspert qeyd edib ki, Azərbaycan bu iki dövlət arasında seçim etməli ola bilər.

Sülhəddin Əkbər
ADP
Sülhəddin Əkbər

Politoloq Sülhəddin Əkbər də Sputnik-ə açıqlamasında deyir ki, bu gərginlik Azərbaycana və ümumiyyətlə reiona yaxşı heç nə vəd etmir: "Təbii ki, bu gərginlik regiona yaxşı heç nə vəd etmir. Rusiyanın Suriyaya müdaxiləsi Türkiyəni çox ciddi narahat edir. Çünki Rusiyanın hər bombardmanı, eyni zamanda qaçqınlar ordusunun yaranmasına, Türkiyəyə minlərlə yeni qaçqının gəlməsinə səbəb olur".

"Hazırda 70 minə yaxın qaçqın yenidən Türkiyəyə doğru irəliləyir, bu da Türkiyəni ciddi narahat edir. Rusiya Suriyada dirəndikcə, təbii ki, Rusiya-Türkiyə və Rusiya-NATO münasibətləri gərgin qalmaqda davam edəcək", —deyə S. Əkbır bildirib.

Onun sözlərinə görə, gərginliyin artması Türkiyəni də ciddi narahat edir, o cümlədən, Azərbaycana da təsirsiz ötüşmür: "O baxımdan, bu gərginliyin bir an öncə ortadan qaldırılması lazımdır".

Qeyd edək ki, Suriya müharibəsində Rusiya və İran Bəşər Əsədin, ABŞ və onun müttəfiqləri isə Əsədə qarşı mübarizə aparan üsyançıların tərəfini saxlayır.

Əlaqədar

Rusiya Türkiyənin hava məkanını pozsa, cavabını alacaq
"Rusiya Avropa sərhədlərinə əlavə hərbi qüvvə yeridə bilər"
Rus yük avtomobillərinin Türkiyə ərazisindən keçişi qadağan ediləcək?
Rusiya qırıcıları Qərbi şoka salıb
Rusiya Türkiyəyə güzəştli qaz satışını dayandırdı
Teqlər:
Politoloq Sülhəddin Əkbər, Əhməd Davudoğlu, Şərq-Qərb araşdırmalar mərkəzi, Ərəstun Oruclu, Rusiya Müdafiə Nazirliyi, Suriya, Rusiya, Türkiyə

Əsas mövzular