Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Ukraynaya təbii qaz göndərməyə başlayıb

© Sputnik / Alexei Druzhinin / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan
Abunə olmaq
Vladimir Putin sakinlərin soyuqdan donmaması üçün humanitar məqsədlə Ukraynaya qaz verməyi tapşırıb

BAKI, 5 yan-Sputnik. Rusiya, yerli məmurların tələbinə əsasən, həddən artıq soyuqlar səbəbindən Ukraynanın cənubundakı Xerson vilayətinin Heniçesk şəhərinə təbii qaz göndərməyə başlayıb. Sputnik xəbər verir ki, Rusiya baş nazirinin müavini Dmitri Kozak, prezident Vladimir Putinin təlimatı ilə əlaqədar olaraq Krımdan Ukraynanın Heniçesk şəhərinə təbii qaz göndərməyə başladıqlarını söyləyib.

Ukrainian Prime Minister Arseniy Yatsenyuk - Sputnik Azərbaycan
Ukrayna Rusiyaya borcunu qaytarmaqdan imtina edib

Kremlin mətbuat katibi Dmitri Peskov da bir qədər əvvəl Heniçeskdən məmurların "şəhər sakinlərinin soyuqdan donmaması üçün" Rusiyaya müraciət etdiyini, Putinin də "humanitar məqsədlərlə" şəhərə təbii qaz göndərməyi tapşırdığını bildirmişdi.

Digər yandan, Ukrayna, Avropadan ucuz təbii qaz ala biləcəyini söyləyərək 2015-ci ilin noyabrında Rusiyadan təbii qaz almağı tamamilə dayandırmışdı.

Xəbər lenti
0