01:23 05 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
Rusiya prezidenti Vladimir Putninin illik mətbuat konfransı (7)
30001

Rusiya prezidenti: Biz ABŞ-ın BMT Təhlükəsizlik Şurasının qətnaməsinin hazırlanması ilə bağlı təşəbbüsünü dəstəkləyirik.

BAKI, 17 dek-Sputnik. Suriyadakı müharibəni biz başlamamışıq. Biz orada sadəcə ayrı-ayrı əməliyyatları həyata keçiririk.

Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi ənənəvi illik mətbuat konfransında belə deyib.

Putin qeyd edib ki, Rusiya rəhbərliyi nə etdiyini yaxşı bilir və bu barədə açıq danışır.

Moskvanın Suriya prezidenti Bəşər Əsədlə bağlı mövqeyinə gəldikdə isə Putin deyib ki, ölkədə hakimiyyəti kimin təmsil edəcəyini yalnız həmin ölkədəki xalqı müəyyən etməlidir: "Biz heç vaxt razılaşa bilmərik ki, kimsə kənardan kimin rəhbərlik edəcəyini müəyyən etsin. Biz bu barədə ABŞ-ın dövlət katibi ilə də danışmışıq. Mövqeyimiz dəyişməyib, yalnız Suriya xalqı ölkə rəhbərinin kim olacağını müəyyən etməlidir. Biz ABŞ-ın BMT Təhlükəsizlik Şurasının qətnaməsinin hazırlanması ilə bağlı təşəbbüsünü dəstəkləyirik." Putinin fikrincə, sözügedən qətnamə Suriya rəhbərliyini də qane etməlidir, çünki bu təklif Suriyadakı qanlı münaqişənin həll olunmasına bir cəhddir.

Rusiyanın Suriyadakı hərbi bazasına gəldikdə isə Putin məsələ ilə bağlı birmənalı cavab verməkdə çətinlik çəkdiyini deyib: "Bilmirəm orada bizə hərbi baza lazımdır, ya yox. Suriyada hərbi bazanın bizə lazım olduğuna əmin deyiləm. Bizə kimisə tapmaq lazım gəlsə, biz onsuz da onu tapacağıq."

Mövzu:
Rusiya prezidenti Vladimir Putninin illik mətbuat konfransı (7)

Əsas mövzular