17:05 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0554
RUSİYA
Qısa URL
Rusiya prezidenti Vladimir Putninin illik mətbuat konfransı (7)
27001

Rusiya prezidenti: Türkiyə belə etmək əvəzinə, NATO-nun arxasında gizləndi.

BAKI, 17 dek-Sputnik. Türkiyə hakimiyyətindəki "sürünən islamlaşma" meyllərinə görə yəqin ki, Atatürk qəbirdə çevrilir. Bu fikri Rusiya prezidenti Vladimir Putin keçirdiyi 11-ci illik mətbuat konfransında səsləndirib.

O, həmçinin qeyd edib ki, Türkiyədəki mövcud hakimiyyətlə razılığa gəlmək çətin görünür. Əlaqələrin düzəldilməsinə hazırkı halda heç bir ümid yoxdur.  

"Türkiyə hakimiyyətindən münasibətlərin düzəlməsinə dair bir addım belə atılmadı." — deyən Putin Ərdoğan hökumətinin islamlaşma siyasətinin Rusiyaya da təsirsiz ötüşmədiyin deyib: "Orada bizim ölkəmizə də sıza biləcək yaraqlılar var. Bu siyasət bizə də sirayət edir. Türkiyədə Şimali Qafqaz mənşəli silahlılar var. Biz bunu görürürük və dəqiqləşdiririk. Bunu Türk ortaqlarımıza da dəfələrlə söylədik. Biz Türkiyə ilə belə davranmırıq. O silahlılar Türkiyədə yaşayır və müalicə olunurlar. Türkiyə ilə aramızdakı viza sadələşdirilməsindən istifadə edərək Türk pasportlarıyla Rusiyaya gəlirlər. Biz də sonra onları ya Şimali Qafqazda, ya da milyonlarla əhalisi olan şəhərlərdə tapıb tutmaq məcburiyyətində qalırıq."

"Türkiyə elə düşünürdü ki, onlar təyyarımizi vurandan sonra biz oradan qaçacağıq! Yox, Rusiya elə ölkə deyil. Biz Suriyadakı mövcudluğumuzu möhkəmləndirdik, hərbi aviasiyanı gücləndirdik. Orada Rusiyanın HƏM sistemi yox idi, amma indi С-400-lərimiz var. Türkiyə əvvəllər ordan uçurdu və Suriya sərhəddini daim pozurdu, qoy indi də uçsun." — deyə Rusiya prezidenti bildirib.  

Putin qeyd edib ki, hətta "hə" dedikləri vaxtlarda və yerlərdə belə onlara məlum olmayan səbəblərdən arxadan və ya yandan zərbə alırlar. Buna görə də, münasibətlərin dövlət səviyyəsində düzələcəyinin perspektivini görmür. "Türkiyə münasibətləri düzəldəcək addımlar atmaq əvəzinə, vəziyyəti daha da dərinləşdirir. Ankara sanki ABŞ və Avropa Birliyinə göstərmək istəyir ki, türklər "öz" islamçılarını müdafiə edir — deyə Putin əlavə edib.

O, həmçinin bildirib ki, heç vaxt Türkiyə ilə əməkdaşlıqdan imtina etməyiblər: "Biz Türkiyə ilə əməkdaşlıqdan heç vaxt imtina etməmişik. Antaliyaya G20 zirvəsinə getdim və orada bir çox məsələləri Türkiyə rəhbərliyi ilə müzakirə etdim. Bizim qarşımıza beynəlxalq hüquqa uyğun gəlməyən Türkiyə ilə bağlı çox həssas məsələləri qoydular. Türkmənlər haqqında isə heç nə eşitmədim. Türkmənlərə qarşı hücumla bağlı sual verə bilərdilər. Biz də deyərdik ki, "oldu, başa düşdük, sizə kömək etməyə hazırıq".

Bir problemlə qarşılaşanda insanlar normalda bir-biriylə əlaqə qurub açıqlama verərlər. Amma təyyarəmiz vurulandan sonra Türkiyə belə etmək əvəzinə, NATO-nun arxasında gizləndi. Türkiyə rəhbərliyinin təyyarəmizi vurmasını dostca bir addım deyil, düşməncəsinə addım kimi qiymətləndiririk." 

Mövzu:
Rusiya prezidenti Vladimir Putninin illik mətbuat konfransı (7)

Əsas mövzular