08:14 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
RUSİYA
Qısa URL
10311

Ahmet Yavuz: Rusiya o bölgədə hansı yolla olur olsun öz varlığını qoruyacaq.

BAKI, 17 dek — Sputnik. Türkiyənin sabiq ordu generalı, hərbi analitik Ahmet Yavuz ABŞ dövlət katibi Con Kerri ilə Rusiya prezidenti Vladimir Putinin son Moskva görüşü ilə bağlı Sputnik-in suallarını cavablandırıb.

- Sizcə Putin, Kerri və Lavrov üçlüsünün Moskvadakı görüşü Yaxın şərq üçün hansı nəticələri doğurar?  Suriyanın gələcəyi ilə bağlı ümidli olmağa dəyərmi?

Ahmet Yavuz
sputnik.az
Ahmet Yavuz

— Bu görüşdən necə bir nəticə çıxdığını tam olaraq bilmirik. Ancaq iki böyük gücün Suriyada razılaşması real həllin ortaya çıxmasına yardımçı olacaq. Rusiya ilə razılıq, Amerikanın Yaxın Şərqdəki hegemon siyasətinə məhdudiyyət də gətirə bilər.

- Əgər Suriyada rejim dəyişikliyi olarsa və Bəşər Əsəd postdan gedərsə, o zaman Rusiya Tartusdakı hərbi bazasını qorumaq üçün işğala baş vura bilərmi? Bu gerçəkləşərsə Türkiyə ve NATO-nun cavabı nə olar?

— Suriyada bugün yaşananlar, yenidən ən başa dönülməsini qeyri-mümkün edir. Yəni əvvəlki Suriya artıq olmayacaq. Ölkənin parçalanma ehtimalı çox yüksəkdir. Bölgədə nə cür quruluş ya model ortaya çıxır-çıxsın, Rusiyanın Suriyadakı varlığını davam etdirəcəyi açıqdır. Çünki bu geopolitik bir seçimdir.

- Səudiyyə Ərəbistanı liderliyində yenicə yaradılan ve Türkiyənin də daxil olduğu "Terrora qarşı İslam İttifaqı" Suriyaya aktiv hərbi müdaxilə edərmi? Əgər edərsə buna Rusiyanın reaksiyası necə olar?

— Dediyim kimi, Rusiya o bölgədə hansı yolla olur olsun öz varlığını sürdürəcək. NATO və Türkiyə də bu vəziyyəti qəbul edəcəklər. "Terrora qarşı İslam İttifaqı" cəhdinin ciddi nəticələri olacağını düşünmürəm. Birincisi, ittifaq bütün İslam ölkələrini əhatə etmir. İran, İraq, Suriya çöldə qalıb. Təşkilat ilk başdan səhv qurulub.

İkincisi, bu ölkələrin dünya siyasətində elə də ciddi çəkisi yoxdur. Fəaliyyətləri məhduddur. Bundan başqa çoxu heç müstəqil də deyil. Bir qismi ABŞ-dan asılıdır. ABŞ-ın da bu problemi tək başına həll etmə imkanı yoxdur. Vaşinqton Rusiya ilə birgə hərəkət etmək məcburiyyətindədir.

Üçüncüsü, İttifaq içində yer alan bəzi ölkələr Suriya Vətəndaş müharibəsində döyüşən bir çox silahlı qrupları dəstəkləyir. Yəni elə də etibarlı deyillər.

Nəticə olaraq bu ölkələrin terrorla İslam arasına məsafə qoyma cəhdləri müsbət, ancaq digər İslam ölkələrini İttifaqa daxil edə bilməmiş olmaları problemlidir.

- Səudiyyə Ərəbistanı Azərbaycanı da bu koalisiyaya dəvət edib. Buna münasibətiniz necədir? Sizcə rəsmi Bakı qatılmalıdırmı bu ittifaqa?

— Azərbaycanın nə cür siyasət yeridəcəyi barədə fikir bildirməyi doğru hesab etmirəm. Çünki bu Azərbaycanın dəyərləndirə biləcəyi bir mövzudur.

Əlaqədar

Moskvada Lavrov və Kerri arasında görüş keçirilir
Con Kerri və Sergey Lavrov telefonla danışıblar
Sergey Lavrovun bəyanatına Con Kerri özünəməxsus reaksiya verib
Lavrov və Kerri telefonda nəyi müzakirə etdilər?
Teqlər:
Yaxın Şərq, Suriya, terror, Sergey Lavrov, Rusiya prezidenti Vladimir Putin, John Carry, Con Kerri, NATO, ABŞ, Türkiyə, Rusiya

Əsas mövzular