02:19 20 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
RUSİYA
Qısa URL
69 0 0

İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlığındakı nasazlıq olub.

BAKI.13 dek-Sputnik. Rusiyanın Voronej vilayətində psixonevroloji dispanserdə baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 23-ə çatıb. 

Sputnik Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional Mərkəzinə istinadən xəbər verir ki, ölənlərin əksəriyyəti, əsasən, yataq xəstələri olub.

Yanğın zamanı tibbi personalın xəsarət almadığı qeyd olunur: "Tibbi personaldan 4 nəfər xilas olub. Onlar 55 xəstənin binadan çıxarılmasına kömək ediblər".

Alfyorovka kəndindəki Psixonevroloji İnternatın binası tamamilə yanıb. Xəsarət alanların xəstəxanalarda olduğu bildirilir.

İlkin versiyaya görə, yanğına səbəb elektrik avadanlığındakı nasazlıq olub.

İnsidentlə əlaqədar Rusiya İstintaq Komitəsi araşdırmalara başlayıb.

Teqlər:
Alfyorovka, Voronej, Rusiya İstintaq Komitəsi, Rusiya Fövqəladə Hallar Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Rusiya

Əsas mövzular