05:44 23 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0270
  • EUR1.9069
Rusya Devlet Başkanı Vladimir Putin Federal Meclis'e hitap ediyor.

Vladimir Putin: Allah türkləri ağılsız rəhbərliklə cəzalandırıb

Sputnik
RUSİYA
Qısa URL
138322

Rusiya prezidenti: Moskva, Ankaranın terrorçulara yardım etdiyini qulaqardına vurmayacaq.

BAKI, 3 dekabr-Sputnik. Türkiyə hakimiyyəti Suriyada rusiyalı hərbçilərin ölümünə görə birbaşa məsuliyyət daşıyırlar.

Sputnik-in məlumatına görə, Rusiya prezidenti Vladimir Putin Federal Şurasına müraciətində belə deyib.

"Türklər təyyarəmizi niyə vurub, bilmirəm, bunu Allah bilir. Bütün problemləri, hətta daha əvvəldən görə bilmədiklərimizi də, başqa çəkildə həll edə bilməliyik. Allah Türkiyə rəhbərliyini onun ağlını almaqla cəzalandırmağa qərar verib. Türkiyə hakimiyyəti Suriyada rusiyalı hərbçilərin ölümünə görə birbaşa məsuliyyət daşıyırlar. Mən əminəm ki, Türkiyə hakimiyyəti etdiklərindən peşman olacaq. Moskva, Ankaranın terrorçulara yardım etdiyini qulaqardına vura bilməz.

Əgər hərbi cinayət edib insanlarımızı öldürdükdən sonra pomidorlarla və ya inşaat sektorundakı bəzi işlərlə yaxalarını qurtara biləcəklərini düşünürlərsə, yanılırlar.
Pilotumuzun ölümünə görə Türk rəhbərliyi məsuliyyət daşıyır və bunu heç vaxt unutmayacağıq."

Putin həmçinin deyib ki, Suriyadakı döyüşçülər Rusiya üçün olduqca təhlükəlidir. Onların arasında Rusiya və MDB ölkələrindən olanlar da var.

"Onlar pul, silah alırlar, güc toplayırlar və əgər güclənsələr, orada qalib gəlsələr, insanları öldürmək, əzab vermək, qorxu və nifrət yaymaq üçün mütləq ölkəmizdə peyda olacaqlar. Biz həmin şəxsləri uzaqlarda qarşılayıb məhv etməliyik. Məhz buna görə də Rusiya Hərbi-Kosmik Qüvvələrinin Suriyada əməliyyata başlaması üçün qərar verilib" — deyə o vurğulayıb.

Putin qeyd edib ki, rusiyalı əsgərlər Suriyada ilk növbədə Rusiya vətəndaşlarının təhlükəsizliyi üçün döyüşürlər.

Teqlər:
Rusiya Hərbi-Kosmik Qüvvələri, Suriya, Ankara, Moskva, Türkiyə, Rusiya Federal Şurası, Vladimir Putin, Rusiya

Əsas mövzular