Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Suriyada doğulan qıza "Rusiya" adı verdilər

Эту маленькую сирийскую девочку зовут Россия
Эту маленькую сирийскую девочку зовут Россия - Sputnik Azərbaycan
Abunə olmaq
Bir müddət bundan əvvəl də Rusiyada doğulan uşağa "Suriya" adı qoymuşdular.

BAKI, 1 dek-Sputnik. Suriya və Rusiya ittifaqı təkcə hökumətlər arasında deyil. Bu isti münasibətlərə bu ölkələrin xalqları da öz sevgi və minnətdarlıqlarını əlavə ediblər. 

Bu gün Suriya vətəndaşlarının sırasına balaca bir qız da daxil olub. Valideynləri Suriyanı terrorun əlindən almağa çalışan Rusiyanın şərəfinə yeni doğumuş qızcığaza "Rusiya" adı qoyublar.

Dəməşqin yerli sakinləri Sputnik-ə bildiriblər ki, bu gün paytaxtdakı doğum evlərindən birində dünyaya göz açan körpənin valideynləri həkimlərin "qızınızın adını nə qoyacaqsız?" sualına "Rusiya" cavabını veriblər.

"Rusiya"nın ata və anasının sözlərinə görə, onlar bu addımı ötən beş il ərzində gedən amansız müharibədə Suriya xalqına dəstək verdiklərinə, çoxsaylı humanitar yardım göstərdiklərinə görə rus xalqına minnətdarlıq məqsədilə qoyublar.

Bu yaxınlarda Rusiya mediası xəbər vermişdi ki, Rusiyada doğulan bir körpəyə də "Suriya" adı qoyulub. "Suriya"nın atası hazırda Rusiya Hərbi Hava Qüvvələrinin Suriyada İŞİD-ə qarşı keçirdiyi hərbi hava əməliyyatlarında iştirak edir.

Xəbər lenti
0