19:45 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630
RUSİYA
Qısa URL
52 0 0

Rusiyanın Müdafiə Nazirliyi Türkiyə tərəfi ilə qarşılıqlı əlaqə yaratmaq üçün təcili əlaqəyə çıxmaq cəhdlərinin nəticə vermədiyini bildirib.

BAKI, 24 noy-Sputnik. Rusiya Müdafiə Nazirliyi Türkiyənin Suriyada Rusiya məxsus "Su —24" qırıcı təyyarəsini vurmasına qeyri-dostluq əməli kimi baxır.

Sputnik xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

"Türkiyə Hərbi Hava Qüvvələrinin hərəkətinə qeyri-dostluq əməli kimi baxırıq" — deyə məlumatda qeyd olunub.

Rusiya Müdafiə Nazirliyi Suriyada "Su-24" qırıcı təyyarəsinin vurulması ilə bağlı insidentdən sonra Türkiyə tərəfi ilə təcili əlaqəyə çıxmağın mümkün olmadığını açıqlayıb: "Nazirliyin mütəxəssisləri tərəfindən Türkiyə tərəfi ilə qarşılıqlı əlaqə yaratmaq üçün təcili əlaqəyə çıxmaq cəhdləri nəticə verməyib".

Əsas mövzular