09:04 19 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
Египет

Misir ehramları Rusiya və Fransa bayraqlarının rəngində olacaq

www.piligrim-m.com.ua
RUSİYA
Qısa URL
17611

Təyyarə qəzasını və Paris terrorunu Misir belə simvolizə edəcək.

BAKI, 15 noy — Sputnik. Sinay yarımadasında Rusiyaya məxsus təyyarənin qəzası və Parisdəki terror aktları qurbanlarının xatirəsinə Misir ehramları Rusiya və Fransanın bayraqları rəngində işıqlandırılacaq.

Sputnik Azərtac-a istinadən xəbər verir ki, bu barədə MENA dövlət agentliyinin yaydığı məlumatda bildirilir.
Ehramların yanında, həmçinin Fransa, Rusiya və Misir bayraqları da dalğalandırılacaq.

Bu il oktyabrın 31-də Rusiya tarixində ən böyük təyyarə qəzası baş verib. "Koqalımavia" şirkətinə məxsus A321 təyyarəsi Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 217 sərnişin və 7 ekipaj üzvü olub. Onların hamısı həlak olub.

Noyabrın 13-də isə axşam Parisin müxtəlif rayonlarında terror aktları törədilib və 129-dan çox adam ölüb.

Əsas mövzular