19:38 20 Sentyabr 2018
Canlı yayım
  • RUB0.0255
  • USD1.7000
  • EUR1.9852
Цветы в память о жертвах крушения Airbus A321 у посольств РФ в зарубежных странах

Rusiya təyyarəsini İŞİD partladıb?!

© Sputnik / Виктор Толочко
RUSİYA
Qısa URL
13701

İddialara görə, İŞİD yaraqlıları bu hadisəni bayram ediblər və "Airbus A321"-ü məhv etmələri ilə öyünüblər.

BAKI,7 noy-Sputnik. Kəşfiyyatın əldə etdiyi məlumat Misirdə Rusiyaya məxsus "Airbus A321" təyyarəsinin partladıldığını ehtimal etməyə əsas verir.

Sputnik xəbər verir ki, ABŞ rəsmiləri barədə məlumat yayıblar.

Amerikalı və avropalı mütəxəssislər onların malik olduqları məlumatların yekun rəy vermək üçün kifayət etmədiyini qeyd ediblər. Onlar mexaniki nasazlığın qəzaya səbəb olduğunu hələ də istisna etmirlər.

ABŞ prezidenti Barak Obama da ötən gün "Airbus A321" təyyarəsinin terror aktına məruz qaldığını istisna etməyib. O, təyyarənin göyərtəsində bomba olması ehtimalını irəli sürüb.

İŞİD terror qruplaşmasının Suriyanın Rakka şəhərindəki liderləri Sinay adasındakı müttəfiqləri ilə danışıqlar zamanı, sonuncular ərazilərində Rusiyaya məxsus "А321" təyyarəsinin məhv olunması ilə öyünüblər.

Bu barədə "NBC" telekanalına ABŞ hakimiyyətindəki anonim mənbə məlumat verib.

"Onlar birmənalı olaraq bu hadisəni bayram edirdilər" — deyə mənbə bildirib. Mənbənin sözlərinə görə, terrorçular söhbət zamanı təyyarənin məhv olunması ilə öyünüblər və bunu necə etdiklərini bildiriblər.

Bundan əvvəl Rusiyanın təyyarənin göyərtəsində partlayışın baş verməsini təsdiqləyən hər-hansı fakta malik olmadığı bildirilib.

Lakin Qərb mediası xəbər yayıb ki, ABŞ və Britaniya kəşfiyyatlarının birgə əməliyyatı zamanı peyk vasitəsilə izlənmə üsulu istifadə edilərək Rusiyaya məxsus "А321" təyyarəsinin göyərtəsində bomba olduğu barədə İŞİD qruplaşmasının liderləri arasında danışıqlar qeydə alınıb.

Əsas mövzular