Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Macar general Rusiyaya sərt ismarıc göndərdi

© bocskaidandarMacar general Qabor Böröndi
Macar general Qabor Böröndi - Sputnik Azərbaycan
Abunə olmaq
NATO çərçivəsində təşkil edilən hərbi təlimlərə, ABŞ və Macarıstandan 900 əsgər, habelə qırıcılar, vertolyotlar və zirehli vasitələr da qatılıb.

BAKI, 22 okt — Sputnik. Amerika Birləşmiş Ştatları və Macarıstan ordusunun, paytaxt Budapeştə yaxın ərazidə keçirdikləri birgə hərbi təlimlər başa çatıb.

Sputnik xəbər verir ki, NATO çərçivəsində təşkil edilən hərbi təlimlərə, iki ölkədən 900 əsgər, habelə qırıcılar, vertolyotlar və zirehli vasitələr da qatılıb.

Təlimlərdən sonra açıqlama verən Macar general Qabor Böröndi Rusiyaya mesaj göndərməyi yaddan çıxarmayıb: "Əlbəttə, bütün təlimlərdə olduğu kimi bu hərbi təlimin də bir mesajı var. Ukraynada böhran başlayanda və Rusiya bu ölkənin daxili işlərinə qarışanda NATO, Şərqi Avropada qabaqlayıcı tədbirlərə başladı. ABŞ və Macarıstan ordusu, o cümlədən digər ölkələr bu tədbirlərə qoşuldular."

Rusiyaya mesaj kimi dəyərləndirilən hərbi təlim, Macarıstan ordu generallarının NATO-dan tələbindən sonra həyata keçirilib.

Xəbər lenti
0